OBA marketlər şəbəkəsi

İnzibati İşlər üzrə şöbə müdiri

Ə/h razılaşma ilə
1815
Tam iş günü
Bakı, Azərbaycan
26.02.25 - 27.03.25

İş haqqında məlumat

  • Şirkətin əsas inzibati binasının sanitariya və yanğından mühafizənin norma və qaydalarına uyğun olaraq təsərrüfat xidmətinin lazımi vəziyyətini, eləcə də əməkdaşların səmərəli işləməsi üçün lazımi şəraitin yaradılmasını təmin etmək;
  • Təsərrüfat avadanlıqlarının qorunması, onların bərpa olunması və yeniləri ilə əvəz olunması və eləcə də xidmət sahələrində və onların yanında yerləşən ərazidə təmizliyə riayət olunmasını təmin etmək;
  • İşçiləri dəftərxana ləvazimatı, təsərrüfatda istifadə olunan əşya və inventarlarla təmin edilməsinə nəzarət etmək;
  • Şirkətin (bina, su təchizatı sistemi, hava dəyişmə və digər avadanlıqların) əsas fondlarının cari və əsaslı təmiri planının işlənib hazırlanmasında və təsərrüfatın xərclər smetasının tərtibində iştirak etmək;
  • Müvafiq struktur bölmələri mebellə, təsərrüfat inventarı ilə, idarəetmənin texniki vasitələri ilə təmininə, onların mühafizəsinə və vaxtında təmir olunmasına nəzarət etmək;
  • Şirkətin arxiv işinin aparılmasına və təşkilinə rəhbərlik etmək;
  • Sənədlərin formalaşdırılması, hazırlanması və arxivə təhvil verilmə qaydaları haqqında müəssisə, idarə və təşkilatların struktur bölmələrinin işçilərini təlimatlandırmaq və onlara lazımi metodiki yardım etmək;
  • Müəyyən olunmuş qaydaya müvafiq olaraq sənədlərin qəbulunun, qeydiyyatının, sistemləşdirilməsinin,  mühafizəsinin və istifadə olunmasının təmin edilməsinə nəzarət etmək;
  • Sənədlərin saxlanılma vəziyyətinə, vaxtlı-vaxtında onların təzələri ilə tərtib olunmasına və dəyişdirilməsinə, arxivin yerləşdiyi yerdə sənədlərin saxlanılmasını təmin edən şəraitin olmasına nəzarət etmək;                                                                   
  • Mədəni - kütləvi və digər tədbirləri hazırlamaq və keçirilməsində təşkilati və texniki yardım göstərmək;
  • Nahar;
  • Korporativ nömrə;
  • Parking xidməti;
  • Könüllü tibbi sığorta
  • Yanacaq kartı;
  • Push30;
  • Servis xidməti;
  • İş saatları 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00;
  • Şənbə və Bazar istirahət günü.

Tələblər

  • Təhsil: Ali təhsil;
  • Təcrübə: Müvafiq sahə üzrə minimum 4 il (İnzibati və təsərrüfat işlərinin idarə olunması üzrə təcrübə);
  • Dil bilikləri: Rus dili üstünlükdür;
  • Kompüter bilikləri: MS Office (Excel yaxşı səviyyədə);
  • Sənədləşmə və arxivləşdirmə qaydalarına dair biliklər;
  • Yanğın təhlükəsizliyi və sanitariya normalarını bilməli;
  • Təşkilatçılıq, koordinasiya və liderlik bacarıqları.

Oxşar vakansiyalar