Moon Group

Insan resursları üzrə mütəxəssis

700 - 900 ₼ 310
Full-time
Baku, Azerbaijan
15.11.24 - 15.12.24

Working conditions

  • İş vaxtının rejiminə riayət etmək üçün gündəlik davamiyyət qeydiyyatının aparılması və ya müvafiq proqram təminatı vasitəsilə gündəlik yoxlanılması;
  • Aylıq tabelin hazırlanması və tabelin maliyyə şöbəsinə təqdim edilməsi;
  • Məzuniyyət qrafiklərini tərtib etmək, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
  • İşçilər üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək;
  • Digər şöbə rəhbərləri ilə birlikdə işçilərin performans dəyərləndirilməsinin aparılması və rəylərin verilməsi;
  • İSB yaradılması və gündəlik əlavələrin daxil olunması;
  • İş elanı, namizədlərin axtarışı, ilkin dəyərləndirmə və müsahibələrin koordinasiyası da daxil olmaqla işə qəbul prosesinə dəstəyin göstərilməsi;
  • Əmək qanunvericililiyinə əsasən işçilərin ƏMAS sistemində işə qəbul, xitam, dəyişiklik proseslərinin icra edilməsi;
  • İşçi heyəti ilə bağlı müxtəlif növ arayışları, xasiyyətnamələri hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatı;
  • Qanunvericiliyin tələblərinə əsasən digər sənədlərin tərtib edilməsi;
  • İş qrafiki: həftənin 6 günü, saat 09:00-dan -18:00-dək, Nahar fasiləsi-13:00-dan -14:00-dək (Bazar günü istirahət, şənbə günü natamam iş qrafiki);
  • İşçi əmək qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilir;
  • Şirkət mətbəə, promo və reklam məhsullarının hazırlanması sahəsində fəaliyyət göstərir;
  • Ünvan: Nəsimi rayonu, Hüseynbala Əliyev 117B, 117C;
  • Qeyd: Şəkilli "CV"-nizi mövzu yerinə "İnsan resursları üzrə mütəxəssis" yazaraq [email protected] - elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Requirements

  • Yaş həddi: 23-35;
  • İnsan resursları sahəsində 3-5 il iş təcrübəsi;
  • Ali təhsil (İnsan resursları, hüquq, idarəetmə və ya əlaqədar sahə);
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə biliklər;
  • ƏMAS portalında işləmək bacarığı;
  • MS Office proqramlarını sərbəst istifadə edə bilmək;
  • Yüksək təşkilatçılıq və detallara diqqət.

This job has expired

Related vacancies