Баку,
Азербайджан
15.11.24
-
15.12.24
O работе
- İş vaxtının rejiminə riayət etmək üçün gündəlik davamiyyət qeydiyyatının aparılması və ya müvafiq proqram təminatı vasitəsilə gündəlik yoxlanılması;
- Aylıq tabelin hazırlanması və tabelin maliyyə şöbəsinə təqdim edilməsi;
- Məzuniyyət qrafiklərini tərtib etmək, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
- İşçilər üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək;
- Digər şöbə rəhbərləri ilə birlikdə işçilərin performans dəyərləndirilməsinin aparılması və rəylərin verilməsi;
- İSB yaradılması və gündəlik əlavələrin daxil olunması;
- İş elanı, namizədlərin axtarışı, ilkin dəyərləndirmə və müsahibələrin koordinasiyası da daxil olmaqla işə qəbul prosesinə dəstəyin göstərilməsi;
- Əmək qanunvericililiyinə əsasən işçilərin ƏMAS sistemində işə qəbul, xitam, dəyişiklik proseslərinin icra edilməsi;
- İşçi heyəti ilə bağlı müxtəlif növ arayışları, xasiyyətnamələri hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatı;
- Qanunvericiliyin tələblərinə əsasən digər sənədlərin tərtib edilməsi;
- İş qrafiki: həftənin 6 günü, saat 09:00-dan -18:00-dək, Nahar fasiləsi-13:00-dan -14:00-dək (Bazar günü istirahət, şənbə günü natamam iş qrafiki);
- İşçi əmək qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilir;
- Şirkət mətbəə, promo və reklam məhsullarının hazırlanması sahəsində fəaliyyət göstərir;
- Ünvan: Nəsimi rayonu, Hüseynbala Əliyev 117B, 117C;
- Qeyd: Şəkilli "CV"-nizi mövzu yerinə "İnsan resursları üzrə mütəxəssis" yazaraq [email protected] - elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Требования
- Yaş həddi: 23-35;
- İnsan resursları sahəsində 3-5 il iş təcrübəsi;
- Ali təhsil (İnsan resursları, hüquq, idarəetmə və ya əlaqədar sahə);
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə biliklər;
- ƏMAS portalında işləmək bacarığı;
- MS Office proqramlarını sərbəst istifadə edə bilmək;
- Yüksək təşkilatçılıq və detallara diqqət.
Человеческие ресурсы
Маркетинг и реклама
Срок действия задания истек