Sumgayit,
Azerbaijan
08.05.24
-
07.06.24
Working conditions
- Azərkimya İB-də, Ümid Babək Beynəlxalq Əməliyyat Şirkətinin qurudakı və dənizdəki obyektlərində metal konstruksiyanın montaj və demontaj işləri yerinə yetiriləcək;
- Qartal Tikinti Firmasının metal-konstruksiya sexində Sifarişçi obyektlərində metal konstruksiyaların quraşdırılması üçün sxemə uyğun metal profillər kəsilib, qaynaq üçün hazırlayacaqdır;
- Sifarişçinin obyektlərində əvvəlcədən hazırlanmış metal konstruksiyaları sxemə uyğun quraşdıracaqdır;
- İş yerinə və geriyə daşınma Qartal Tikinti Firmasının nəqliyyat vasitəsilə yerinə yetiriləcəkdir.
- İşlədiyi yerdə firma tərəfindən naharla təmin ediləcəkdir;
- Dənizdə işləyən zaman, platformada gecələmək üçün otaq ayrılacaqdır və səhər, günorta və axşam yeməyi təmin ediləcəkdir;
- İş görüləcək obyektlər: Azərkimya İB, Ümid -Babək Beynəlxalq Əməliyyat Şirkəti, Qartal Tikinti Firmasının metal konstruksiya sexi;
- İş qrafiki: 6 günlük;
- İş saatı: 08:00 - 18:00 (Normadan əlavə iş saatlarının dəyəri ödəniləcəkdir);
- Qartal Tikinti Firmasının baş ofisinin ünvanı: Sumqayıt şəhəri, Koroğlu prospekti 278, 48-ci məhəllə.
Requirements
- Təcrübə: Hündürlükdə metal konstruksiyaların qaynağı işlərində ən azı 3 il iş təcrübəsi olmalı;
- Qurğularda qaynaq işlərini sərbəst surətdə yerinə yetirməlidir;
- Müasir qaynaq aparatıları işləməyi bacarmalıdır. O cümlədən: Qaynaq aparatı Model: Kemppy MLS 3500 Finlandiya istehsalı; Arqon qaynaq aparatı Model: Miller STH 270 ABŞ istehsalı; Yarımavtomat qaynaq aparatı Model: GekaMac 500 Türkiyə istehsalı;
- Hündürlükdə işləmək üçün qaynaqçı sertifikatına malik olmalıdır;
- Əgər sertifikatı yoxdursa, Qartal Tikinti Firmasının Təlim-Tədris Mərkəzində müvafiq kurs keçdikdən sonra, uyğun nəticə əldə edərsə, müvafiq sertifikat veriləcəkdir;
- İşləri təhlükəsiz yerinə yetirmək üçün hündürlükdə işləmək üçün avadanlıqlarından və Fərdi Mühafizə Vasitələrindən istifadə etməyi bacarmalı, İş Proseduru və Riski Dəyərləndirməni başa düşməli və tələbləri həyata keçirməlidir;
- Qaynaq edərkən Qaynaq Prosedurunun tələblərinə uyğun işini qurmalı, metalın tipinə uyğun elektrodu düzgün seçə bilməlidir;
- Qaynaq tikişlərini Qaynaq Prosedurunun Spesifikasiyasına (WPS) uyğun yerinə yetirməyi bacarmalıdır;
- İşləri təhlükəsiz, keyfiyyətli və vaxtında yerinə yetirməli;
- Qurğularda montajın texnologiyasını bilməli, verilən işləri sərbəst surətdə yerinə yetirməli;
- Kəsici alətlər: rezak, laqonda işlədə bilməli;
- Çertyojla işləmək və ölçü işlərini sərbəst sürətdə bacarmalıdır;
- Sumqayıt şəhəri və yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük verilir;
- Hündürlükdə işləri yerinə yetirmək üçün sağlamlıq haqqında arayış təqdim etməlidir.
Service
Construction