Qartal Tikinti Firması

Hündürlükdə qaynaqçı

800 - 1200 ₼
Полн. занятость
Сумгаит, Азербайджан
08.05.24 - 07.06.24

O работе

  • Azərkimya İB-də, Ümid Babək Beynəlxalq Əməliyyat Şirkətinin qurudakı və dənizdəki obyektlərində metal konstruksiyanın montaj və demontaj işləri yerinə yetiriləcək;
  • Qartal Tikinti Firmasının metal-konstruksiya sexində Sifarişçi obyektlərində metal konstruksiyaların quraşdırılması üçün sxemə uyğun metal profillər kəsilib, qaynaq üçün hazırlayacaqdır;
  • Sifarişçinin  obyektlərində  əvvəlcədən hazırlanmış  metal  konstruksiyaları sxemə  uyğun  quraşdıracaqdır;
  • İş yerinə  və  geriyə  daşınma Qartal Tikinti Firmasının nəqliyyat vasitəsilə  yerinə  yetiriləcəkdir.
  • İşlədiyi  yerdə firma  tərəfindən  naharla  təmin ediləcəkdir;
  • Dənizdə  işləyən zaman,  platformada  gecələmək üçün  otaq  ayrılacaqdır və səhər, günorta  və axşam  yeməyi təmin ediləcəkdir;
  • İş görüləcək obyektlər: Azərkimya İB, Ümid -Babək Beynəlxalq Əməliyyat Şirkəti, Qartal Tikinti Firmasının metal konstruksiya sexi;
  • İş qrafiki: 6 günlük;
  • İş saatı: 08:00 - 18:00 (Normadan  əlavə  iş saatlarının  dəyəri  ödəniləcəkdir);
  • Qartal Tikinti Firmasının baş ofisinin ünvanı: Sumqayıt şəhəri, Koroğlu prospekti 278, 48-ci məhəllə.

Требования

  • Təcrübə: Hündürlükdə  metal  konstruksiyaların  qaynağı  işlərində  ən azı 3 il iş təcrübəsi olmalı;
  • Qurğularda qaynaq işlərini sərbəst surətdə yerinə yetirməlidir;
  • Müasir qaynaq aparatıları işləməyi  bacarmalıdır. O cümlədən: Qaynaq  aparatı Model: Kemppy MLS 3500 Finlandiya  istehsalı; Arqon qaynaq aparatı Model: Miller STH 270 ABŞ  istehsalı; Yarımavtomat qaynaq aparatı Model: GekaMac 500 Türkiyə istehsalı;
  • Hündürlükdə  işləmək üçün qaynaqçı  sertifikatına  malik  olmalıdır;
  • Əgər  sertifikatı  yoxdursa, Qartal Tikinti Firmasının  Təlim-Tədris Mərkəzində  müvafiq  kurs  keçdikdən sonra,  uyğun  nəticə  əldə edərsə, müvafiq  sertifikat  veriləcəkdir;
  • İşləri  təhlükəsiz  yerinə  yetirmək  üçün  hündürlükdə işləmək üçün avadanlıqlarından və Fərdi Mühafizə Vasitələrindən istifadə  etməyi  bacarmalı, İş Proseduru  və Riski Dəyərləndirməni  başa  düşməli  və  tələbləri  həyata  keçirməlidir;
  • Qaynaq  edərkən  Qaynaq  Prosedurunun tələblərinə  uyğun işini qurmalı, metalın  tipinə  uyğun  elektrodu düzgün seçə  bilməlidir;
  • Qaynaq  tikişlərini  Qaynaq  Prosedurunun Spesifikasiyasına (WPS) uyğun  yerinə yetirməyi  bacarmalıdır;
  • İşləri təhlükəsiz, keyfiyyətli və vaxtında yerinə yetirməli;
  • Qurğularda montajın texnologiyasını bilməli, verilən işləri sərbəst surətdə yerinə yetirməli;
  • Kəsici alətlər: rezak, laqonda işlədə bilməli;
  • Çertyojla işləmək və ölçü işlərini sərbəst sürətdə bacarmalıdır;
  • Sumqayıt şəhəri və yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük verilir;
  • Hündürlükdə  işləri  yerinə  yetirmək üçün sağlamlıq  haqqında arayış  təqdim etməlidir.


Похожие вакансии