Baku,
Azerbaijan
23.09.24
-
23.10.24
Working conditions
- Müraciətlər zamanı təqdim edilən sənəd və digər sübutlar əsasında şirkət daxilində baş verən intizam xətalarını nəzərdən keçirmək, qərar vermək, rəhbərliyə təqdim etmək;
- İntizam xətasına yol vermiş işçilərə Azərbaycan Respublikası Əmək Qanunvericiliyi, şirkətdaxili intizam qaydaları və prosedurları əsasında intizam tənbehi vermək;
- İntizam pozuntuları ilə bağlı daxil olan müraciətləri gündəlik olaraq qeydiyyata almaq, izləmək və cavablamaq;
- Öz xahişi ilə işdən çıxışı nəzərdə tutulan işçilərin qüvvədə olan intizam araşdırmasının olub-olmadığını yoxlamaqla çıxış sorğularını vaxtında cavablamaq;
- İşçi şikayətlərini qəbul etmək, araşdırmaq, ehtiyac olduqda görüşlər keçirmək və problemlərin qısa zamanda həlli üçün mümkün addımlar atmaq;
- İntizam pozuntularının kök səbəblərini araşdırmaq, gələcəkdə təkrarlanmasının qarşını almaq məqsədilə market əməkdaşları və aidiyyəti şöbə nümayəndələri (baş ofis, distribusiya mərkəzi) ilə görüşlər keçirmək və təkliflər vermək;
- İntizam tənbehinin verilməsi haqqında və digər sənədləri (əmrlər, məktublar, bildirişlər və s.) ədəbi dilin orfoqrafik normalarına əmək etməklə tərtib etmək, elektron bazaya daxil etmək və qeydiyyatını aparmaq;
- Tərtib edilmiş əmrlərin işçilərə vaxtında imzaladılması, qeydiyyatı və arxivləşdirilməsini təmin etmək;
- Xəbərdarlıq bildirişlərini tərtib etmək, aidiyyəti işçilərin bildirişlə tanış olmasını təmin etmək, həmin bildirişləri arxivləşdirmək;
- Əlaqəli şöbələr və rəhbərlik tərəfindən tələb olunan hesabatları mütəmadi olaraq hazırlamaq və təqdim etmək;
- Dövri olaraq intizam pozuntuları ilə bağlı statistikanı əks etdirən hesabat və təqdimatlar hazırlamaq, uyğunsuzluqların azaldılması məqsədilə ərazi marketləri üzrə menecerlərlə görüşlər keçirərək statistikanı təqdim etmək;
- Şirkətdaxili intizam qaydaları, siyasət və əməliyyat prosedurlarının mütəmadi yenilənməsi məqsədilə təkliflər vermək, düzəlişlər edərək rəhbərliyə və əlaqəli şöbələrə təqdim etmək.
Requirements
- İnsan Resursları sahəsində 2 ildən çox iş təcrübəsi;
- Əmək Qanunvericiliyi üzrə yetərli biliklər;
- Azərbaycan dili üzrə səlis şifahi və yazılı ünsiyyət (leksik və qrammatik normalara riayət etmək);
- MS Office proqramlarında işləmək bacarığı;
- Güclü ünsiyyət və komanda ilə iş;
- Araşdırma, detallara qarşı diqqətlilik və qərarvermə bacarıqları;
- Vaxtın düzgün idarə edilməsi.
Administrative, Business, Management
Commerce
This job has expired