Azerbaijan SuperMarket

Əmək münasibətləri üzrə mütəxəssis

Ə/h razılaşma ilə 127
Tam iş günü
Bakı, Azərbaycan
23.09.24 - 23.10.24

İş haqqında məlumat

  • Müraciətlər zamanı təqdim edilən sənəd və digər sübutlar əsasında şirkət daxilində baş verən intizam xətalarını nəzərdən keçirmək, qərar vermək, rəhbərliyə təqdim etmək;
  • İntizam xətasına yol vermiş işçilərə Azərbaycan Respublikası Əmək Qanunvericiliyi, şirkətdaxili intizam qaydaları və prosedurları əsasında intizam tənbehi vermək;
  • İntizam pozuntuları ilə bağlı daxil olan müraciətləri gündəlik olaraq qeydiyyata almaq, izləmək və cavablamaq;
  • Öz xahişi ilə işdən çıxışı nəzərdə tutulan işçilərin qüvvədə olan intizam araşdırmasının olub-olmadığını yoxlamaqla çıxış sorğularını vaxtında cavablamaq;
  • İşçi şikayətlərini qəbul etmək, araşdırmaq, ehtiyac olduqda görüşlər keçirmək və problemlərin qısa zamanda həlli üçün mümkün addımlar atmaq;
  • İntizam pozuntularının kök səbəblərini araşdırmaq, gələcəkdə təkrarlanmasının qarşını almaq məqsədilə market əməkdaşları və aidiyyəti şöbə nümayəndələri (baş ofis, distribusiya mərkəzi) ilə görüşlər keçirmək və təkliflər vermək;
  • İntizam tənbehinin verilməsi haqqında və digər sənədləri (əmrlər, məktublar, bildirişlər və s.) ədəbi dilin orfoqrafik normalarına əmək etməklə tərtib etmək, elektron bazaya daxil etmək və qeydiyyatını aparmaq;
  • Tərtib edilmiş əmrlərin işçilərə vaxtında imzaladılması, qeydiyyatı və arxivləşdirilməsini təmin etmək;
  • Xəbərdarlıq bildirişlərini tərtib etmək, aidiyyəti işçilərin bildirişlə tanış olmasını təmin etmək, həmin bildirişləri arxivləşdirmək;
  • Əlaqəli şöbələr və rəhbərlik tərəfindən tələb olunan hesabatları mütəmadi olaraq hazırlamaq və təqdim etmək;
  • Dövri olaraq intizam pozuntuları ilə bağlı statistikanı əks etdirən hesabat və təqdimatlar hazırlamaq, uyğunsuzluqların azaldılması məqsədilə ərazi marketləri üzrə menecerlərlə görüşlər keçirərək statistikanı təqdim etmək;
  • Şirkətdaxili intizam qaydaları, siyasət və əməliyyat prosedurlarının mütəmadi yenilənməsi məqsədilə təkliflər vermək, düzəlişlər edərək rəhbərliyə və əlaqəli şöbələrə təqdim etmək.

Tələblər

  • İnsan Resursları sahəsində 2 ildən çox iş təcrübəsi;
  • Əmək Qanunvericiliyi üzrə yetərli biliklər;
  • Azərbaycan dili üzrə səlis şifahi və yazılı ünsiyyət (leksik və qrammatik normalara riayət etmək);
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Güclü ünsiyyət və komanda ilə iş;
  • Araşdırma, detallara qarşı diqqətlilik və qərarvermə bacarıqları;
  • Vaxtın düzgün idarə edilməsi.


Oxşar vakansiyalar