Mingachevir,
Azerbaijan
06.09.24
-
06.10.24
Working conditions
- Elektrik qaz qaynaqçısı işin texniki xüsusiyyətlərinə uyğun şəkildə alətlərdən, o cümlədən qaynaq tutqacından istifadə etməklə, ən əsası isə yüksək dəqiqliklə və tərtib olunmuş prosedurlara uyğun qaydada metal materialları bir-birinə birləşdirir, əridir və kəsir, müxtəlif növ qaynaq tikişlərini yerinə yetirir;
- Verilmiş materialda gözlənilən nəticələri əldə etmək üçün müvafiq elektrodlar seçir, qazlardan (oksi-asetilen və arqon), arqon qaynaqlama, həmçinin digər qaynaqlama metodlarından istifadə edərək qaynaq işlərini görür,
- Əl alətlərindən və ya maşınlardan (çəkic, laqonda, barmaqdaş) istifadə etməklə, əlavə qaynaq hissələrini və qalıqlarını düzəldir;
- Düzgün prosedura uyğun olaraq zədələnmiş hissələri təmir edir;
- Elektrik çıxışlarını, birləşmələri və naqilləri yoxlayır və öz təhlükəsizliyini təmin edir;
Requirements
- Düz, üfüqi və şaquli, 45 dərəcəlik əngəlli və ya yuxarı mövqelərdə qaynaq işləri aparmağı
- Tələb olunan texniki xüsusiyyətlərə uyğun olaraq əl ilə qaynaq işləri aparmağı, xarici baxış keçirməklə qaynaq birləşmələrində qüsurları müəyyən etmək
- Qaynaq alət və avadanlıqlarında baş verən xırda nasazlıqları aradan qaldırmağı, Sabit və dəyişən cərəyan elektrik qaynaq avadanlıqlarının quruluşunu, birləşmə qaydalarını, Səyyar qaynaq avadanlıqlarını istismar etməyi
- Fərdi mühafizə vasitələrindən istifadə. Müvafiq fərdi mühafizə vasitələrini seçmək, düzgün şəkildə geyinmək və istifadə etmək
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, texniki istismar və yanğından mühafizə norma və qaydalarını
- Dövlət Texniki Nəzarətin elektrik qaynaqçılarını məsul işlərə buraxmaq üçün sınaq tələbləri
- Vakansiya ilə maraqlanan şəxslər http://ir.azerenerji.gov.az/apply/93 linkinə keçid edərək müraciət edə bilər.
Service
Utilities
This job has expired