AzərEnerji ASC

Elektrik qaz qaynaqçısı

720 ₼ 66
Tam iş günü
Mingəçevir, Azərbaycan
06.09.24 - 06.10.24

İş haqqında məlumat

  • Elektrik qaz qaynaqçısı işin texniki xüsusiyyətlərinə uyğun şəkildə alətlərdən, o cümlədən qaynaq tutqacından istifadə etməklə, ən əsası isə yüksək dəqiqliklə və tərtib olunmuş prosedurlara uyğun qaydada metal materialları bir-birinə birləşdirir, əridir və kəsir, müxtəlif növ qaynaq tikişlərini yerinə yetirir;
  • Verilmiş materialda gözlənilən nəticələri əldə etmək üçün müvafiq elektrodlar seçir, qazlardan (oksi-asetilen və arqon), arqon qaynaqlama, həmçinin digər qaynaqlama metodlarından istifadə edərək qaynaq işlərini görür,
  • Əl alətlərindən və ya maşınlardan (çəkic, laqonda, barmaqdaş) istifadə etməklə, əlavə qaynaq hissələrini və qalıqlarını düzəldir;
  • Düzgün prosedura uyğun olaraq zədələnmiş hissələri təmir edir;
  • Elektrik çıxışlarını, birləşmələri və naqilləri yoxlayır və öz təhlükəsizliyini təmin edir;

Tələblər

  • Düz, üfüqi və şaquli, 45 dərəcəlik əngəlli və ya yuxarı mövqelərdə qaynaq işləri aparmağı
     
  • Tələb olunan texniki xüsusiyyətlərə uyğun olaraq əl ilə qaynaq işləri aparmağı, xarici baxış keçirməklə qaynaq birləşmələrində qüsurları müəyyən etmək
  • Qaynaq alət və avadanlıqlarında baş verən xırda nasazlıqları aradan qaldırmağı, Sabit və dəyişən cərəyan elektrik qaynaq avadanlıqlarının quruluşunu, birləşmə qaydalarını, Səyyar qaynaq avadanlıqlarını istismar etməyi
  • Fərdi mühafizə vasitələrindən istifadə. Müvafiq fərdi mühafizə vasitələrini seçmək, düzgün şəkildə geyinmək və istifadə etmək
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, texniki istismar və yanğından mühafizə norma və qaydalarını
  • Dövlət Texniki Nəzarətin elektrik qaynaqçılarını məsul işlərə buraxmaq üçün sınaq tələbləri
  • Vakansiya ilə maraqlanan şəxslər http://ir.azerenerji.gov.az/apply/93 linkinə keçid edərək müraciət edə bilər.


Oxşar vakansiyalar