Baku,
Azerbaijan
03.09.24
-
03.10.24
Working conditions
- Elektrik terminaldakı qurğuların, avadanlıqların, mexanizmlərin enerji ilə təmin olunmasını daim yoxlamalı və aşkar olunan nasazlıqları operativ surətdə aradan qaldırmasını təmin etməlidir;
- Obyektlərin bütün enerji növləri ilə fasiləsiz təchiz edilməsi, bütün enerji qurğularının qənaətli istismarını və enerji qurğularının, avadanlıqlarının və kommunikasiyaların texniki vəziyyətinin saz saxlanmasını təmin etməlidir;
- Qəzaya qarşı tədbirlər planı işləyib hazırlamalı və həyata keçirməli, enerji avadanlıqlarının və qurğularının qəzalarının qeydiyyatını və analizini aparmalı, ola biləcək qəzalar haqqında məlumatları vaxtında yuxarı təşkilatlara təqdim etməlidir;
- Enerji balansını tərtib edir, yeni texnikanın tətbiq edilməsini, elektrik sxemlərinin təkmilləşdirilməsini, avadanlıqların artıq yüklənmələrinin azaldılmasını, obyektlərdə enerji daşıyıcılarının sərfinin qeydiyyatını, cihazların səmərəli şəkildə yerləşdirilməsini, elektrik avadanlıqlarında və enerji qurğularında quraşdırılmış nəzarət-ölçü, qeydiyyat və mühafizə aparatlarına nəzarət olunmasını, yoxlanmasını və təmirini təmin etməlidir;
- Enerji avadanlıqlarının və qurğularının aylıq və illik təmir-baxış, profilaktik baxış qrafiklərini təsdiq etməlidir.
Requirements
- Müvafiq sahə üzrə ali təhsilli olmalı;
- Müvafiq sahə üzrə 1 illik iş təcrübəsi;
- Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik qaydalarını bilməli;
- Hesabat hazırlama və analiz etmə qabiliyyəti olmalı.
Engineering
Professional services
This job has expired