Azərşəkər LLC

Elektrik mühəndisi

By agreement 73
Full-time
Baku, Azerbaijan
04.07.24 - 03.08.24

Working conditions

  • Texniki tapşırığa əsasən layihə sənədlərini işləmək, razılaşdırılan elektrik layihələrini hazırlamaq və yoxlamaq;
  • Layihələrin hazırlanması, layihənin həyata keçirildiyi ərazilərə baxış keçirmək və işlərin monitorinqini aparmaq;
  • Transformator və elektron avadanlıqlara texniki xidmət göstərmək;
  • Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün aparılmasına nəzarət etmək;
  • Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatların hazırlanmasını təmin etmək;
  • Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunmasına nəzarət etmək;
  • Elektrik təchizatı üzrə layihə və işçi sənədlərin işlənib hazırlanmasını təmin etmək;
  • Aparılan elektrik quraşdırma işlərinə nəzarət etmək;
  • Elektrik sistemlərinin tam gücü ilə və saz vəziyyətdə işləməsini təmin və nəzarət etmək;
  • Sistemlərdə meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə etmək;
  • Elektrik avadanlıqlarına mütəmadi qaydada texniki baxışın və nəzarətin həyata keçirilməsi, sistemə uyğun qoruyucuların saz vəziyyətdə saxlanılması və daimi monitorinqini həyata keçirmək;
  • Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək;
  • Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak etmək;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00;
  • İş yeri: Bakı şəhəri və regionlardakı təsərrüfatlar.

Requirements

  • Təhsil: Ali təhsil (Elektrik və elektronika mühəndisliyi, Energetika mühəndisliyi ixtisasları üzrə);
  • Təcrübə: Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Kompüter bacarıqları: MS Excel, Auto Cad proqramlarında işləmək bacarığı;
  • Yüksək gərginlikli güc transformatorları haqqında nəzəri və praktik biliklərinin olması;
  • Transformatorlarin sarğıları, maqnit nüvə sisteminin quruluşu və yağ çənlərinin (soyutma sistemlərinin) konstruksiyaları haqqında biliklərin olması;
  • Yarımstansiyaların paylayıcı qurğularının ümumi quruluşu və birxəttli sxemləri analiz etmək bacarığı;
  • Paylayıcı qurğuların ayrı-ayrı elementlərinin funksiyaları (açar, ayırıcı, ölçü transformatorları, rele mühafizə və s.) haqqında ümumi məlumatların olması;
  • Normativ və texniki sənədlərlə işləmək bacarığı;
  • Texniki istismar qaydaları (TİQ), Təhlükəsizlik texnikası qaydaları (TTQ), Yanğın təhlükəsizlik qaydaları (YTQ) üzrə biliklər;
  • Ezamiyyətlərə getmək imkanı və sürücülük vəsiqəsinin olması.


This job has expired

Related vacancies