Bakı,
Azərbaycan
04.07.24
-
03.08.24
İş haqqında məlumat
- Texniki tapşırığa əsasən layihə sənədlərini işləmək, razılaşdırılan elektrik layihələrini hazırlamaq və yoxlamaq;
- Layihələrin hazırlanması, layihənin həyata keçirildiyi ərazilərə baxış keçirmək və işlərin monitorinqini aparmaq;
- Transformator və elektron avadanlıqlara texniki xidmət göstərmək;
- Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün aparılmasına nəzarət etmək;
- Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatların hazırlanmasını təmin etmək;
- Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunmasına nəzarət etmək;
- Elektrik təchizatı üzrə layihə və işçi sənədlərin işlənib hazırlanmasını təmin etmək;
- Aparılan elektrik quraşdırma işlərinə nəzarət etmək;
- Elektrik sistemlərinin tam gücü ilə və saz vəziyyətdə işləməsini təmin və nəzarət etmək;
- Sistemlərdə meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə etmək;
- Elektrik avadanlıqlarına mütəmadi qaydada texniki baxışın və nəzarətin həyata keçirilməsi, sistemə uyğun qoruyucuların saz vəziyyətdə saxlanılması və daimi monitorinqini həyata keçirmək;
- Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək;
- Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak etmək;
- İş qrafiki: 5 günlük;
- İş saatı: 09:00 - 18:00;
- İş yeri: Bakı şəhəri və regionlardakı təsərrüfatlar.
Tələblər
- Təhsil: Ali təhsil (Elektrik və elektronika mühəndisliyi, Energetika mühəndisliyi ixtisasları üzrə);
- Təcrübə: Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Kompüter bacarıqları: MS Excel, Auto Cad proqramlarında işləmək bacarığı;
- Yüksək gərginlikli güc transformatorları haqqında nəzəri və praktik biliklərinin olması;
- Transformatorlarin sarğıları, maqnit nüvə sisteminin quruluşu və yağ çənlərinin (soyutma sistemlərinin) konstruksiyaları haqqında biliklərin olması;
- Yarımstansiyaların paylayıcı qurğularının ümumi quruluşu və birxəttli sxemləri analiz etmək bacarığı;
- Paylayıcı qurğuların ayrı-ayrı elementlərinin funksiyaları (açar, ayırıcı, ölçü transformatorları, rele mühafizə və s.) haqqında ümumi məlumatların olması;
- Normativ və texniki sənədlərlə işləmək bacarığı;
- Texniki istismar qaydaları (TİQ), Təhlükəsizlik texnikası qaydaları (TTQ), Yanğın təhlükəsizlik qaydaları (YTQ) üzrə biliklər;
- Ezamiyyətlərə getmək imkanı və sürücülük vəsiqəsinin olması.
Mühəndislik
Kənd təsərrüfatı
Elanın müddəti bitmişdir