Sumgayit,
Azerbaijan
02.08.24
-
01.09.24
Working conditions
- Stansiyanın, onun tabeliyində olan stansiya və dayanacaqların elektrik təchizatı sisteminə nəzarət etmək, elektrik avadanlıqlarının istismarını, tənzimlənməsini və saz vəziyyətdə olmasını, qəzasız və dayanıqlı işləməsini təmin etmək;
- Elektrik xətlərinin zədələnməsi hallarının qarşısının alınmasını və qurğularda, quruluşlarda, elektrik xətlərində baş vermiş qüsur, nasazlıq və qəzaların vaxtında aradan qaldırılmasını təmin etmək;
- Yeni elektrik şəbəkəsinin, xətlərinin, avadanlıqlarının quraşdırılmasını, tənzimlənməsini, sınaqdan keçirilməsini, zəruri hallarda ayrı-ayrı hissələrdə elektrik xətlərinin dəyişdirilməsini, həyata keçirmək;
- Elektrik paylayıcı quruluşlarını, elektrik lövhələrini, işıqlandırma armaturlarını, elektrik cihazlarını, avadanlıqlarını quraşdırmaq və təmir etmək, birləşdirici muftaları və torpaqlama şəbəkələrini quraşdırmaq;
- Avadanlığı gücləndirmək üçün kabel növünü və onun en kəsiyini hesablamaq, elektrik rozetlərini və açarları quraşdırmaq;
- Stansiyanın xarici işıqlanma sisteminin vaxtında açılıb-qoşulmasını həyata keçirmək;
- Qəzaya və digər zərərlərə səbəb ola biləcək şərait və səbəblərin dərhal aradan qaldırılmasını təşkil etmək;
- Elektrik qurğularının və elektrik avadanlıqlarının istismarı zamanı yaranan nasazlıqların və qəzaların səbəblərini müəyyən etmək, onların qarşısının alınması və aradan qaldırılması üçün tədbirlər görmək;
- İstifadə etdiyi avadanlıq və vazifələrə texniki xidmətin göstərilməsi, tənzimlənməsi, təmiri və xırda nasazlıqların aradan qaldırılması işlərində iştirak etmək.
Requirements
- Yerinə yetirdiyi işlərin həcmində elektrotexnikanın əsasları;
- Elektrik qurğularının və elektrik avadanlıqlarının istismarı və təmiri üzrə normativ hüquqi aktları, digər təlimatları, metodiki və normativ materialları və sənədləri;
- Elektrik qurğularına və elektrik avadanlıqlarına texniki qulluq zamanı işlərin təşkilini və yerinə yetirilməsi qaydası;
- Elektrik qurğularına təhlükəsiz xidmət qaydalarını, naqillərin çəkilməsi üsulları;
- Elektrik qurğularının və elektrik avadanlıqlarının iş prinsiplərini, habelə ölçü cihazlarını və onlardan istifadə prinsipləri;
- Müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydaları;
- Keyfiyyət yönümlülük;
- Diqqətlilik;
- İntizamlılıq.
Service
Professional services
This job has expired