Baku,
Azerbaijan
25.11.24
-
25.12.24
Working conditions
- Şirkətin təmir-tikinti işlərinin təşkilinin uyğunluğunu təhlil etmək və həyata keçirilən nəzarət tətbirlərinin yoxlanmasını təmin etmək;
- Şirkətin yeni mağaza açılışları üzrə, həmçinin mövcud olan mağazalarda icra edilən yenidən qurma işlərinin uyğunluğuna nəzarət etmək və xidmətin müvafiq smetaya uyğunluğunu yoxlamaq;
- Təmir-Tikinti işləri üzrə hazırlanan smeta və Forma 2-lər üzrə yoxlamaların aparılmasına, podratçılar tərəfindən görülmüş xidmətlər üzrə iş və xidmətlərin təhvil alınmasına nəzarət etmək;
- Təmir-Tikinti işləri üzrə ərazidə operativ nəzarəti təmin etmək, uyğunsuzluqları aktlaşdırmaq və birbaşa rəhbərinə məlumat vermək;
- Təmir-Tikinti işləri üzrə aparılan tender və qiymət sorğuları proseslərini müşahidə etmək və prosedura uyğun seçimlər edilməsinə nəzarət etmək;
- Müvafiq təmir-tikinti işləri üzrə layihələrin uyğunluğuna nəzarət etmək;
- Təmir-Tikinti ilə bağlı iclaslarda iştirak etmək və müvafiq çatışmazlıqlarla bağlı aidiyyatı şəxslər qarşısında məsələ qaldırmaq;
- Mağazalar üzrə təmir-tikinti, SƏTƏM və digər tipli çatışmazlıqların monitorinqi və nəticələrin struktur bölmələrlə paylaşılmasını təmin etmək;
- Görülən işlərlə bağlı həftəlik, aylıq hesabatlar hazırlamaq və birbaşa rəhbərinə təqdim etmək;
- İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün icra etmək;
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına nahar;
- Şirkət hesabına korporativ nömrə;
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D.
Requirements
- İnşaat mühəndisliyi, memarlıq və ya əlaqədar sahədə bakalavr dərəcəsi (üstünlük verilir);
- Təmir-tikinti sahəsində minimum 3-5 il iş təcrübəsi;
- Müxtəlif layihələrdə iştirak təcrübəsi (təmir, yenidənqurma, yeni inşaat);
- İnşaat proqram təminatları (AutoCAD, Microsoft Project və s.) bilikləri;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- İnşaat sahəsində təhlükəsizlik qaydalarına dair biliklər;
- Tikinti standartları, qanunvericilik və normativ sənədlər;
- Materialların və avadanlıqların seçimi və istifadəsi;
- Layihə planlarının oxunması və qiymətləndirilməsi;
- Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
- Komanda ilə işləmə və liderlik qabiliyyəti;
- Effektiv ünsiyyət və müştəri ilə əlaqə bacarığı;
- İnşaat layihələrinin idarə olunması;
- Keyfiyyət və təhlükəsizlik standartlarının təmin edilməsi;
- Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Daxili nəzarət mütəxəssisi(təmir-tikinti üzrə)” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Construction and building
Commerce