Tamstore

Daxili nəzarət mütəxəssisi (təmir-tikinti üzrə)

Ə/h razılaşma ilə 107
Tam iş günü
Bakı, Azərbaycan
25.11.24 - 25.12.24

İş haqqında məlumat

  • Şirkətin təmir-tikinti işlərinin təşkilinin uyğunluğunu təhlil etmək və həyata keçirilən nəzarət tətbirlərinin yoxlanmasını təmin etmək;
  • Şirkətin yeni mağaza açılışları üzrə, həmçinin mövcud olan mağazalarda icra edilən yenidən qurma işlərinin uyğunluğuna nəzarət etmək və xidmətin müvafiq smetaya uyğunluğunu yoxlamaq;
  • Təmir-Tikinti işləri üzrə hazırlanan smeta və Forma 2-lər üzrə yoxlamaların aparılmasına, podratçılar tərəfindən görülmüş xidmətlər üzrə iş və xidmətlərin təhvil alınmasına nəzarət etmək;
  • Təmir-Tikinti işləri üzrə ərazidə operativ nəzarəti təmin etmək, uyğunsuzluqları aktlaşdırmaq və birbaşa rəhbərinə məlumat vermək;
  • Təmir-Tikinti işləri üzrə aparılan tender və qiymət sorğuları proseslərini müşahidə etmək və prosedura uyğun seçimlər edilməsinə nəzarət etmək;
  • Müvafiq təmir-tikinti işləri üzrə layihələrin uyğunluğuna nəzarət etmək;
  • Təmir-Tikinti ilə bağlı iclaslarda iştirak etmək və müvafiq çatışmazlıqlarla bağlı aidiyyatı şəxslər qarşısında məsələ qaldırmaq;
  • Mağazalar üzrə təmir-tikinti, SƏTƏM və digər tipli çatışmazlıqların monitorinqi və nəticələrin struktur bölmələrlə paylaşılmasını təmin etmək;
  • Görülən işlərlə bağlı həftəlik, aylıq hesabatlar hazırlamaq və birbaşa rəhbərinə təqdim etmək;
  • İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün icra etmək;
  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına nahar;
  • Şirkət hesabına korporativ nömrə;
  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D.

Tələblər

  • İnşaat mühəndisliyi, memarlıq və ya əlaqədar sahədə bakalavr dərəcəsi (üstünlük verilir);
  • Təmir-tikinti sahəsində minimum 3-5 il iş təcrübəsi;
  • Müxtəlif layihələrdə iştirak təcrübəsi (təmir, yenidənqurma, yeni inşaat);
  • İnşaat proqram təminatları (AutoCAD, Microsoft Project və s.) bilikləri;
  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • İnşaat sahəsində təhlükəsizlik qaydalarına dair biliklər;
  • Tikinti standartları, qanunvericilik və normativ sənədlər;
  • Materialların və avadanlıqların seçimi və istifadəsi;
  • Layihə planlarının oxunması və qiymətləndirilməsi;
  • Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
  • Komanda ilə işləmə və liderlik qabiliyyəti;
  • Effektiv ünsiyyət və müştəri ilə əlaqə bacarığı;
  • İnşaat layihələrinin idarə olunması;
  • Keyfiyyət və təhlükəsizlik standartlarının təmin edilməsi;
  • Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə Daxili nəzarət mütəxəssisi(təmir-tikinti üzrə)” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.