Aztelekom

Biznesin davamlılığının idarə edilməsi üzrə mütəxəssis

By agreement 101
Full-time
Baku, Azerbaijan
30.08.24 - 29.09.24

Working conditions

  • “ISO 22301:2019 - Security and resilience” standartından irəli gələn məsələlərə və tələblərə uyğun olaraq, şirkətin Biznes Davamlılığı strategiyasının müəyyən olunmasının və strategiyadan irəli gələn fəaliyyətlərin həyata keçirilməsinin təmin edilməsi;
  • Biznesin Davamlılığının Planlaşdırılmasına (BDP) dair yanaşmanın müəyyən edilməsi, Biznes Davamlılığı Planlarının yaradılması, istifadəsi və həyata keçirilməsi ilə əlaqədar təlimatlar irəli sürmək məqsədilə Biznesin Davamlılığının Planlaşdırılması Siyasətinin yaradılması və tətbiq edilməsi;
  • Şirkətin kritik biznes proseslərinin müəyyənləşdirilməsi üçün müvafiq yanaşmanı tətbiq etməklə Biznes Təsir Analizinin həyata keçirilməsi;
  • Fövqəladə və böhran hallarında əməkdaşların davranış qaydalarını müəyyən edən Böhran İdarəetmə Planının hazırlanması, işlək vəziyyətdə saxlanması və mütəmadi olaraq test edərək təkmilləşdirilməsi;
  • Fövqəladə və böhran halları zamanı şirkət daxili və üçüncü şəxslərlə kommunikasiyanın, həmçinin media ilə əlaqələrin düzgün şəkildə tənzimlənməsi məqsədilə Böhran Kommunikasiya Planının hazırlanması, işlək vəziyyətdə saxlanması və mütəmadi olaraq test edərək təkmilləşdirilməsi;
  • Şəbəkənin davamlılığı və ehtiyatlılığı nəzərindən Məlumat Mərkəzləri və Transmissiya Bağlantı Nöqtələrində yoxlamalar keçirməklə problemlərin müəyyən edilməsi və bu barədə müvafiq struktur bölmələrə məlumat verməklə prosesin koordinasiya edilməsi;
  • Ehtimal olunan və baş vermiş fövqəladə hadisələrdən sonra şirkətin fəaliyyətinin əvvəlcədən təyin olunmuş səviyyədə davam etdirməsi məqsədi ilə Qəza Bərpa Planları və strategiyalar hazırlanması, işlək vəziyyətdə saxlanması və mütəmadi olaraq test edərək təkmilləşdirilməsi;
  • “Backup” strategiyası,siyasəti və prosedurlarının yaradılması və həyata keçirilməsi, “Backup” proseslərinin monitorinqi, bərpa prosedurlarının sınaqdan keçirilməsi və ehtiyat avadanlığın və proqram təminatının saxlanması proseslərinə nəzarət edilməsi.

Requirements

  • Təhsil: Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan dili əla, Rus dili orta;
  • Kompüter bacarıqları: MS Office (Word, Excel, Outlook) proqramlarını bilməlidir;
  • Analiz və təhlil etmə bacarığı;
  • Komandada işləmə bacarığı;
  • Şifahi və yazılı ünsiyyət bacarığı;
  • Konfidensial məlumatların qorunub saxlama bacarığı;
  • Risklərin idarə edilməsi üzrə bilik;
  • Siyasət və prosedurların işlənib hazırlanması təcrübəsi;
  • Beynəlxalq standartlar üzrə iş təcrübəsi;
  • Telekommunikasiya sənayesi, müvafiq texniki arxitektura və sənaye standartları haqqında biliklər üstünlükdür.


Related vacancies