Bestcomp Group

Biznes Analitik

By agreement 0
Full-time
Baku, Azerbaijan
09.10.24 - 09.11.24

Working conditions

  • Kritik biznes tələbləri doğru başa düşmək üçün maraqlı tərəflərlə işləmək bacarığı;
  • Biznes ehtiyaclarının/tələblərin ilkin təhlili, ardıcıllığın təşkili və aydınlaşdırılması, həmçinin, dəyişiklik üçün olan spesifikasiyaları nəzərdən keçirmək/formalaşdırmaq;
  • Təhlil nəticələrinin sənədləşdirilməsi və ötürülməsi, o cümlədən SRS/FRS, istifadə nümunəsi/istifadəçi ssenarilərinin, ilkin və ya qaralama dizayn çizimlərinin və s. hazırlanması;
  • Bütün maraqlı tərəflərin gözləntilərini təmin etmək üçün biznes tələbləri funksional tələblərə çevirmək və sadələşdirmək;
  • Spesifikasiyaların düzgün anlaşılmasını təmin etmək üçün məhsul sahibi və proqramçılarla işləmək;
  • Əməliyyatlar və strateji dəyişikliklər üçün innovativ həllərin hazırlanması;
  • Həlllərin biznes ehtiyaclarına və tələblərinə cavab verməsini təmin etmək;
  • Dəyişikliklərin həyata keçirilməsi ilə bağlı yüksək səviyyəli rəhbərliklə qarşılıqlı əlaqədə olmaq, danışıqlar həyata keçirmək və inandırıcılıq qabiliyyətinə malik olmaq;
  • Hesabat vermək və edilən dəyişikliklərin təsirini vurğulamaq üçün təqdimat etmək bacarıqları;
  • İş görüşləri və təlim sessiyaları keçirmək, məntiqi nəticələr çıxarmaq üçün məlumat modellərini təhlil etmək;
  • Dəyişikliklərin idarə edilməsi/təlim planının hazırlanmasına kömək etmək üçün sistem ssenarilərini sənədləşdirmək və təsirə məruz qalan rolları müəyyənləşdirmək üçün təlim qrupu ilə işləmək.

Requirements

Təhsil:

  • İnformasiya Texnologiyaları, İqtisadiyyat və ya Maliyyə üzrə bakalavr dərəcəsi;

Təcrübə:

  • Proqram təminatı layihələri üzrə biznes təhlilçi kimi 3+ illik təcrübə;
  • Sənəd dövriyyəsi, biznes proseslərin və prosedurların, iş axışlarının idarə olunması təcrübəsi olan şəxslərə üstünlük verilir;

Xüsusi təcrübə sahələri:

  • Biznes təhlili;
  • İQT-nin (UAT) dəstəklənməsi və əlaqəli qüsurların idarə edilməsi.

Kompüter bacarıqları:

  • MS Office, Visio, Jira, Confluence, Microsoft Azure Dev/Ops və bənzəri Agile alətləri;
  • Baza SQL bilikləri;
  • Balsamiq və ya hər hansı bir ilkin dizayn/qaralama alətləri.

Dil bilikləri:

  • Azərbaycan mükəmməl, Rus və İngilis yaxşı (yazı və oxuma).

Davranış bacarıqları:

  • Maraqlı tərəflərin səmərəli cəlb edilməsi;
  • Güclü analitik və problem həll etmə bacarıqları;
  • Tənqidi düşünmə və qərar qəbul etmə qabiliyyətləri;
  • Mürəkkəb anlayışları aydın şəkildə çatdırmaq və bütün səviyyələrdə maraqlı tərəflərə təsir etmək bacarığı;
  • Əməkdaşlıq və Komanda işi;
  • Vaxtın idarə edilməsi və təşkilatçılıq bacarığı;
  • Yaxşı dinləyicilik və ünsiyyətcillik qabiliyyəti;
  • Müsbət münasibət;
  • Güclü İş Etikası;
  • Təzyiq altında və sıx iş qrafikində təmkinliyini qoruya bilmək;
  • Tələblərin təhlili, sənədləşdirmə və yazı bacarıqları.

This job has expired