Bestcomp Group

Biznes analitik

By agreement 157
Full-time
Baku, Azerbaijan
06.02.24 - 07.03.24

Working conditions

  • Kritik biznes tələbləri doğru başa düşmək üçün maraqlı tərəflərlə işləmək bacarığı;
  • Biznes ehtiyaclarının, tələblərin ilkin təhlili, ardıcıllığın təşkili və aydınlaşdırılması, həmçinin, dəyişiklik üçün olan spesifikasiyaları nəzərdən keçirmək, formalaşdırmaq;
  • Təhlil nəticələrinin sənədləşdirilməsi və ötürülməsi, o cümlədən SRS, FRS, istifadə nümunəsi, istifadəçi ssenarilərinin, ilkin və ya qaralama dizayn çizimlərinin və s. hazırlanması;
  • Bütün maraqlı tərəflərin gözləntilərini təmin etmək üçün biznes tələbləri funksional tələblərə çevirmək və sadələşdirmək;
  • Spesifikasiyaların düzgün anlaşılmasını təmin etmək üçün məhsul sahibi və proqramçılarla işləmək;
  • Əməliyyatlar və strateji dəyişikliklər üçün innovativ həllərin hazırlanması;
  • Həlllərin biznes ehtiyaclarına və tələblərinə cavab verməsini təmin etmək;
  • Dəyişikliklərin həyata keçirilməsi ilə bağlı yüksək səviyyəli rəhbərliklə qarşılıqlı əlaqədə olmaq, danışıqlar həyata keçirmək və inandırıcılıq qabiliyyətinə malik olmaq;
  • Hesabat vermək və edilən dəyişikliklərin təsirini vurğulamaq üçün təqdimat etmək bacarıqları;
  • İş görüşləri və təlim sessiyaları keçirmək, məntiqi nəticələr çıxarmaq üçün məlumat modellərini təhlil etmək;
  • Dəyişikliklərin idarə edilməsi, təlim planının hazırlanmasına kömək etmək üçün sistem ssenarilərini sənədləşdirmək və təsirə məruz qalan rolları müəyyənləşdirmək üçün təlim qrupu ilə işləmək.

Requirements

  • Təhsil: İnformasiya Texnologiyaları, İqtisadiyyat və ya Maliyyə üzrə bakalavr dərəcəsi;
  • Təcrübə: Proqram təminatı layihələri üzrə biznes təhlilçi kimi 3+ illik təcrübə;
  • Dil bilikləri: Azərbaycan mükəmməl, Rus və İngilis yaxşı (yazı və oxuma);
  • Kompüter bacarıqları: MS Office, Visio, Jira, Confluence, Microsoft Azure Dev/Ops və bənzəri Agile alətləri;
  • Sənəd dövriyyəsi məhsulları üzrə təcrübə üstünlükdür;
  • Biznes təhlili;
  • İQT-nin (UAT) dəstəklənməsi və əlaqəli qüsurların idarə edilməsi;
  • Baza SQL bilikləri;
  • Balsamiq və ya hər hansı bir ilkin dizayn/qaralama alətləri;
  • Təzyiq altında və sıx iş qrafikində təmkinliyini qoruya bilmək;
  • Tələblərin təhlili, sənədləşdirmə və yazı bacarıqları;
  • Maraqlı tərəflərin səmərəli cəlb edilməsi;
  • Güclü analitik və problem həll etmə bacarıqları;
  • Tənqidi düşünmə və qərar qəbul etmə qabiliyyətləri;
  • Mürəkkəb anlayışları aydın şəkildə çatdırmaq və bütün səviyyələrdə maraqlı tərəflərə təsir etmək bacarığı;
  • Əməkdaşlıq və komanda işi;
  • Vaxtın idarə edilməsi və təşkilatçılıq bacarığı;
  • Yaxşı dinləyicilik və ünsiyyətcillik qabiliyyəti;
  • Müsbət münasibət;
  • Güclü iş etikası.


This job has expired