BSC Consulting & Outsourcing Company

Baş hüquqşünas (Korporativ sahə üzrə)

2000 - 2500 ₼ 0
Full-time
Baku, Azerbaijan
13.09.24 - 13.10.24

Working conditions

  • Bütün növ müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirtmək; 
  • Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;
  • İstəilən təşkilati-hüquqi formada hüquqi şəxslərin yaradılması;
  • Xarici şirkətlərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin yaradılması;
  • Hüquqi şəxsin yenidən təşkilin (ayrılma, bölünmə və s) qeydiyyatı;
  • Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya və icazələrin alınması üçün tələb olunan sənədlərin hazırlanması, toplanılması və müvafiq qurumlara müraciət edilməsi
  • Əmtəə nişanları və coğrafi göstəricilərin qeydiyyata alınması
  • Patentin alınması;
  • Qiymətli kağızların buraxılmasının, yerləşdirilməsinin müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyata alınması;
  • Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşaması ilə bağlı icazələrin və iş icazələrin alınması;
  • Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək; 
  • Şirkətin maraqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək; 
  • İkiqat vergitutmanın aradan qaldırılması ilə bağlı DTA formalarının alınması;
  • Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq; 
  • Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək; 
  • Tam iş günü, iş qrafiki I-Vİ günlər,

Requirements

  • Hüquq  üzrə ali təhsil; 
  • Yaş məhdudiyyəti: 25 yaş – 55 yaş;
  • Hüquq sahəsində 5 ildən az olmayaraq iş təcrübəsi; 
  • Dil bilikləri: Rus və ingilis dili yüksək səviyyədə; 
  • Namizədin idarəçilik qabiliyyətinin olması vacibdir. 
  •  
  • Mülki, mülki prosesual, cinayət, cinayət prosesual, əmək, maliyyə, miqrasiya, vergi, gömrük, inzibati hüquqları; 
  • Müəssisənin xidmət və maliyyə fəaliyyətini müəyyən edən qanunvericilik aktlarını;
  • Təsərrüfat müqavilələrinin, ümumi müqavilələrin, beynəlxalq müqavilələrin, kollektiv müqavilələrin, tarif razılaşmalarının bağlanması və rəsmiləşdirilməsi qaydalarını;
  • Müasir informasiya texnologiyalarından istifadə etməklə hüquqi sənədlərin sistemləşdirilməsi, uçotu və aparılması qaydalarını; 
  • Hesablama texnikası, rabitə və əlaqə vasitələrini
  • İşgüzar ünsiyyət etikasını; 
  • Kargüzarlığın təşkilinin əsaslarını; 
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın əleyhinə təhlükəsizlik qaydalarını;
  • Daxili əmək intizamı qaydalarını;

This job has expired

Related vacancies