Ganja,
Azerbaijan
25.11.24
-
25.12.24
Working conditions
- İcraçı direktorun tapşırığı əsasında hüquqi audit və hüquqi risklərin dəyərləndirilməsi üzrə zəruri tədbirlərin icrasını təmin etmək;
- Cəmiyyətin struktur bölmələrinə Azərbaycan Respublikası qanunvericiliyinin və Cəmiyyətin Nizamnaməsinin tətbiqi ilə əlaqədar hüquqi yardım göstərmək;
- Azərbaycan Respublikasının yurisdiksiyasında olan məhkəmələrdə Cəmiyyətin tərəf olaraq iştirak etdiyi müxtəlif məzmunlu məhkəmə işlərində prosessual hüquq və vəzifələrin düzgün və ya tam icra olunmasını təmin etmək;
- Dövlət qurumlarında və orqanlarda, müəssisə və təşkilatlarda öz səlahiyyətləri çərçivəsində Cəmiyyətin qanuni mənafelərinin müdafiə olunmasını təmin etmək;
- Hüquqi məsələlər üzrə menecerin fəaliyyət istiqamətlərinə uyğun olaraq Cəmiyyətin İcraçı direktoru tərəfindən verilən qərar, əmr və digər hüquqi sənədlərin layihələrin hazırlanmasını təmin etmək və onlar barəsində rəylər vermək;
- Təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarla münasibətlərdə Cəmiyyət adından çıxış edərək onun daxil olduğu mülki hüquq münasibətlərinin yaranmasına əsas olan əqdlərin hazırlanmasını təmin etmək, zəruri hallarda onları hüquqi ekspertizadan keçirərək rəylər vermək;
- Cəmiyyətin şöbələrinin fəaliyyətini tənzimləyən əsasnamələr və vəzifə təlimatlarının layihələrinin hazırlanmasında iştirak etmək;
- Cəmiyyətin Müşahidə Şurası və Ümumi Yığıncağı qismində çıxış edən orqanlar ilə fəaliyyətin təşkili və zəruri tədbirlərin icrası;
- Əlavə vəfizələri – Bu vəzifə təlimatı ilə nəzərdə tutulan vəzifə və funksiyaların, eləcə də rəhbərliyin birbaşa verdiyi qanunvericilik aktlarına uyğun olan digər göstəriş və tapşırıqlarını vaxtında və tam icra etmək;
- Hüquqi məsələlər üzrə menecerin işi ilə əlаqədаr Cəmiyyətin əmr, qərar, sərəncam və göstərişlərinin düzgün tətbiq edilməsinə və müvаfiq qаydаdа icrаsının təmin еdilməsinə;
- Qаnunvеricilik аktlаrının müddəаlаrınа riаyət еdilməsinə;
- Öz işinin səmərəli təşkil edilməsinə;
- Cəmiyyət üzrə müəyyən olunmuş hesabatların vaxtında və düzgün təqdim olunmasına;
- Bütün xidməti sirri təşkil edən məlumatların məxfi saxlanılmasına;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət edilməsinə;
- Cəmiyyətin Nizamnaməsində və bu Vəzifə Təlimatında nəzərdə tutulmuş əsas vəzifə və funksiyaların vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə.
Requirements
- Təhsil: Ali hüquqi təhsil;
- Microsoft Office proqramlarını mükəmməl bilməli;
- İş saatı: 9:00-18:00;
- Dil bilikləri: Azərbaycan dili, Rus dili, Türk dili, İngilis dili;
- İş təcrübəsi: Hüquq sahəsində ən azı 5 il;
- Bilməlidir - Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, Azərbaycan Respublikasının Əmək Məcəlləsini, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar və Sərəncamlarını, təsdiq etdiyi Qayda və Təlimatları, Cəmiyyətin Nizamnaməsini, əmr, sərəncam və göstərişlərini, Departamentin və şöbənin Əsasnaməsini və hazırki vəzifə təlimatını;
Legal
Professional services