Baku,
Azerbaijan
29.10.24
-
29.11.24
Working conditions
- Müştəriləri mehribanlıqla qarşılamaq və yemək və içki sifarişlərini qəbul etmək;
- Sadədən mürəkkəbə qədər içkiləri hazırlamaq və təqdim etmək;
- Menyu seçimi ilə bağlı müştərilərə kömək etmək;
- Menyuların təbliğ etmək və müştərilərə tövsiyə etmək;
- Məhsulları müştərilərə nəzakətli və mehriban bir tərzdə təqdim etmək;
- Müştərilərimizi Şirkətin məhsul və xidmətlərinin yüksək keyfiyyəti haqqında məlumat vermək;
- Müştərinin sifarişi üzrə kofeni şirkətin təlimatlarına uyğun olaraq çəkmək, üyütmək və qablaşdırmaq;
- İsti və soyuq içkiləri hazırlayarkən təhlükəsizlik qaydalarına riayət etmək;
- Bütün kofe dənləri, qəhvə qarışıqları, qəhvə hazırlanması və qarışıq məhsulları haqqında biliklərini təkmilləşdirməyə davam etmək;
- Bütün içki reseptlərinə və Şirkət prosedurlarına əməl etmək;
- Mütəmadi olaraq, işini aparmaqla bərabər, bar sahəsini və ərzaq zonasını təmiz və səliqəli saxlamaq;
- İş vaxtı təmiz şirkət formasının geyinmək;
- Müəyyən edilmiş şirkət standartlarına uyğun səliqəli xarici görünüşü təmin etmək;
- Müəyyən edilmiş şirkət standartlarına uyğun olaraq şəxsi gigiyena qaydalarına riayət etmək;
- İnventar və avadanlıqları təmiz saxlamaq və baxımını təmin etmək, problemlər barədə baş baristaya məlumat vermək;
- Bütün tanıtım fəaliyyətlərində aktiv və səmərəli şəkildə iştirak etmək;
- Baş baristanın birbaşa göstərişlərinə sözsüz əməl etmək;
- Sifariş edilməli və ya səbəbi açıqlanmaqla silinməli olan məhsullar barədə dərhal Baş baristaya məlumat vermək;
- Arzuolunmaz situasiyalar olarsa, problemi vaxtında həll etmək və Baş Barista və ya Növbə Nəzarətçisinə məlumat vermək;
- İş günü həftədə 6 gün, İstirahət həftədə 1 gün,
- Azərbaycan Respublikası Əmək məcəlləsi əsasında rəsmiləşdirmə.
Requirements
- Müvafiq sahədə 1 il təcrübə;
- Ünsiyyətcil, təmizkarlıq, gülərüzlülük, pozitivlik kimi müsbət keyfiyyətlərə sahib olmaq;
- İş vaxtı təmiz və nizamlı görünmək;
- Müştərilərə diqqətli və səbrli davranış sərgiləmək;
- Yüksək işgüzarlıq qabiliyyəti, punktuallıq və kollektivlə işləmək bacarığı;
- Azərbaycan və rus dillərini bilmək. (İngilis dili arzu olunandır).
Service
Food