Lavazza

Barista

Ə/h razılaşma ilə 70
Tam iş günü
Bakı, Azərbaycan
29.10.24 - 29.11.24

İş haqqında məlumat

  • Müştəriləri mehribanlıqla qarşılamaq və yemək və içki sifarişlərini qəbul etmək;
  • Sadədən mürəkkəbə qədər içkiləri hazırlamaq və təqdim etmək;
  • Menyu seçimi ilə bağlı müştərilərə kömək etmək;
  • Menyuların təbliğ etmək və müştərilərə tövsiyə etmək;
  • Məhsulları müştərilərə nəzakətli və mehriban bir tərzdə təqdim etmək;
  • Müştərilərimizi Şirkətin məhsul və xidmətlərinin yüksək keyfiyyəti haqqında məlumat vermək;
  • Müştərinin sifarişi üzrə kofeni şirkətin təlimatlarına uyğun olaraq çəkmək, üyütmək və qablaşdırmaq;
  • İsti və soyuq içkiləri hazırlayarkən təhlükəsizlik qaydalarına riayət etmək;
  • Bütün kofe dənləri, qəhvə qarışıqları, qəhvə hazırlanması və qarışıq məhsulları haqqında biliklərini təkmilləşdirməyə davam etmək;
  • Bütün içki reseptlərinə və Şirkət prosedurlarına əməl etmək;
  • Mütəmadi olaraq, işini aparmaqla bərabər, bar sahəsini və ərzaq zonasını təmiz və səliqəli saxlamaq;
  • İş vaxtı təmiz şirkət formasının geyinmək;
  • Müəyyən edilmiş şirkət standartlarına uyğun səliqəli xarici görünüşü təmin etmək;
  • Müəyyən edilmiş şirkət standartlarına uyğun olaraq şəxsi gigiyena qaydalarına riayət etmək;
  • İnventar və avadanlıqları təmiz saxlamaq və baxımını təmin etmək, problemlər barədə baş baristaya məlumat vermək;
  • Bütün tanıtım fəaliyyətlərində aktiv və səmərəli şəkildə iştirak etmək;
  • Baş baristanın birbaşa göstərişlərinə sözsüz əməl etmək;
  • Sifariş edilməli və ya səbəbi açıqlanmaqla silinməli olan məhsullar barədə dərhal Baş baristaya məlumat vermək;
  • Arzuolunmaz situasiyalar olarsa, problemi vaxtında həll etmək və Baş Barista və ya Növbə Nəzarətçisinə məlumat vermək;
  • İş günü həftədə 6 gün, İstirahət həftədə 1 gün,
  • Azərbaycan Respublikası Əmək məcəlləsi əsasında rəsmiləşdirmə.

Tələblər

  • Müvafiq sahədə 1 il təcrübə;
  • Ünsiyyətcil, təmizkarlıq, gülərüzlülük, pozitivlik kimi müsbət keyfiyyətlərə sahib olmaq;
  • İş vaxtı təmiz və nizamlı görünmək;
  • Müştərilərə diqqətli və səbrli davranış sərgiləmək;
  • Yüksək işgüzarlıq qabiliyyəti, punktuallıq və kollektivlə işləmək bacarığı;
  • Azərbaycan və rus dillərini bilmək. (İngilis dili arzu olunandır).


Oxşar vakansiyalar