General Supply

Aparıcı mühasib

2000 ₼ 164
Full-time
Baku, Azerbaijan
19.01.24 - 18.02.24

Working conditions

  • Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkil edilməsi;
  • Daxil olan pul vəsaitlərinin, mal-material və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu aparmaq;
  • Vergi, DSMF və digər dövlət orqanlarına aylıq, rüblük, illik (ƏDV, sadələşdirilmiş vergi, əmlak, mənfəət, statistika və s.) hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Şirkətin fəaliyyəti ilə bağlı vergi qanunvericiliyi ilə müəyyən edilmiş zəruri sənədlərin, hesabatların tərtibatı və vergi orqanlarına təqdim etmək;
  • Məzuniyyət haqları, xəstəlik vərəqələri üzrə ödəmələri, mükafatların və son haqq-hesab ödənişlərini hesablanmas; və ödənişinin həyata keçirilməsi;
  • Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, material ehtiyyatlarının və hesab- fakturaların uçotunu aparmaq;
  • Debitor və kreditor borclara nəzarət, mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək;
  • İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsini təmin etmək;
  • Dövlət büdcəsinə məcburi ödəməli, vergi, dövlət sosial sığorta fonduna ayırmaları, digər rüsum və ayırmaların vaxtında və düzgün ödənilməsini;
  • Bütün növ mühasibat əməliyyatlarının 1C mühasibatlıq proqramına daxil edilməsi
  • Sənədlərin, hesabatların qanunvericiliyin tələblərinə uygun formada və vaxtında düzgün şəkildə tərtib edilməsi;
  • Mal - material uçotu, anbar qalığı, dövri inventarizasiyanın aparılması;
  • Tibbi sığorta;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00.

Requirements

  • Təhsil: Ali təhsil (Maliyyə və ya mühasibatlıq üzrə);
  • Təcrübə: Aparıcı mühasib və ya baş mühasib kimi 5 il;
  • Dil bilikləri: Azərbaycan dilində mükəmməl, rus və ingilis dilini orta səviyyədə bilmək;
  • Kompüter bacarıqları: Microsoft Office (excel) əla səviyyədə, 1C mühasibat proqramını sərbəst şəkildə bilmək (1C 8.3 versiyası);
  • Vergi və əmək məcəlləsini, AR qanunvericilik aktlarını və normativ hüquqi sənədləri yaxşı səviyyədə bilməli;
  • Güclü tədqiqat və analitik düşünmə qabiliyyəti;
  • Fərdi qaydada və komandada işləmək bacarığına malik olmaq;
  • Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti.


This job has expired

Related vacancies