Bakı,
Azərbaycan
19.01.24
-
18.02.24
İş haqqında məlumat
- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkil edilməsi;
- Daxil olan pul vəsaitlərinin, mal-material və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu aparmaq;
- Vergi, DSMF və digər dövlət orqanlarına aylıq, rüblük, illik (ƏDV, sadələşdirilmiş vergi, əmlak, mənfəət, statistika və s.) hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- Şirkətin fəaliyyəti ilə bağlı vergi qanunvericiliyi ilə müəyyən edilmiş zəruri sənədlərin, hesabatların tərtibatı və vergi orqanlarına təqdim etmək;
- Məzuniyyət haqları, xəstəlik vərəqələri üzrə ödəmələri, mükafatların və son haqq-hesab ödənişlərini hesablanmas; və ödənişinin həyata keçirilməsi;
- Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, material ehtiyyatlarının və hesab- fakturaların uçotunu aparmaq;
- Debitor və kreditor borclara nəzarət, mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək;
- İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsini təmin etmək;
- Dövlət büdcəsinə məcburi ödəməli, vergi, dövlət sosial sığorta fonduna ayırmaları, digər rüsum və ayırmaların vaxtında və düzgün ödənilməsini;
- Bütün növ mühasibat əməliyyatlarının 1C mühasibatlıq proqramına daxil edilməsi
- Sənədlərin, hesabatların qanunvericiliyin tələblərinə uygun formada və vaxtında düzgün şəkildə tərtib edilməsi;
- Mal - material uçotu, anbar qalığı, dövri inventarizasiyanın aparılması;
- Tibbi sığorta;
- İş qrafiki: 5 günlük;
- İş saatı: 09:00 - 18:00.
Tələblər
- Təhsil: Ali təhsil (Maliyyə və ya mühasibatlıq üzrə);
- Təcrübə: Aparıcı mühasib və ya baş mühasib kimi 5 il;
- Dil bilikləri: Azərbaycan dilində mükəmməl, rus və ingilis dilini orta səviyyədə bilmək;
- Kompüter bacarıqları: Microsoft Office (excel) əla səviyyədə, 1C mühasibat proqramını sərbəst şəkildə bilmək (1C 8.3 versiyası);
- Vergi və əmək məcəlləsini, AR qanunvericilik aktlarını və normativ hüquqi sənədləri yaxşı səviyyədə bilməli;
- Güclü tədqiqat və analitik düşünmə qabiliyyəti;
- Fərdi qaydada və komandada işləmək bacarığına malik olmaq;
- Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti.
Mühasib
Logistika
Elanın müddəti bitmişdir