Karyera

Qeyri-adi yoxsa mənasız müsahibə sualları?

 

 

Soruşula biləcək bütün suallara hazırlaşdınız, özünüzü ən özgüvənli hiss etdiyiniz geyiminizi geyindiniz və güzgü qarşısına keçdiniz. Əla görünürsünüz! Məkana təyin olunmuş vaxtda çatdınız. Müsahibəyə başlayarkən enerjili bir giriş, əmin şəkildə əl sıxmaq, inamlı göz təması. Əyləşdiniz. Bu iş tam sizlikdir!

“Bir dəqiqə! Bu necə müsahibə suallardır? Nyu-Yorkda neçə pəncərə olduğunu niyə bilməliyəm? Axı bu mənim nəyimə lazımdır?” suallarını səsləndirə bilərsiniz. 
İstədiyiniz qədər təəccüblənin, bu suallar hətta qlobal şirkətlərdə də verilir. 

Bəs niyə insan resursları mütəxəssisləri belə müsahibə sualları verirlər? Müsahibəyə gələn namizədlər daha çox öz ixtisasları ilə əlaqəli suallar veriləcəyini düşünür. Gözləmədiyi tərzdə suallar eşidən zaman hazırlıqsız yaxalanır və əsl şəxsiyyətini, xarakterini üzə çıxarırlar. Bu üsulla insan resursları mütəxəssisi sizin baxış mövqeyinizi, kriz dövrünə hazırlığınızı, riskləri idarəetmə qabiliyyətinizi analiz edərək sizi tanımağa çalışır. Burada əsas məsələ sualın cavabı deyil, o suala cavab vermə üsulunuz və tərziniz olur.

Uzun sözün qısası, siz maraq doğuran suallara “Bunun işə nə aidiyyatı var ki?” kimi kobud reaksiya verə bilərsiniz, yaxud da gözlənilməz sualın təsirindən “dilinizi pişik yeyə” bilər.

Sizə məşhur qlobal şirkətlərin müsahibə əsnasında namizədlərə verdiyi qəribə sualların bəzilərini toplamışıq: 

Əlaqədar məqalələr

Müdir, ağlıma bir ideya gəldi!
Düzgün karyera seçimi edərkən nələrə diqqət yetirmək lazımdır?
Distant işin müsbət və mənfi tərəfləri
16 yaşlılar üçün işlər