Karyera

Müdir, ağlıma bir ideya gəldi!

İdeyanızın oğurlanmağına məruz qalmısınızmı?

Gəlin sizinlə bir çox şəxsin iş şəraitində başına gəlmiş qısa hekayəni bölüşək.

Eyni bir layihə üzərində işləyən şirkət əməkdaşlarısınız, ağlınıza bir idea gəldikdə bir-birinizlə paylaşırsınız, təqdimat əsnasında sizin irəli sürdüyünüz ideyanı iş yoldaşınız sizi qabaqlayıb müdirə öz ideyası kimi təqdim edir. 

Kifayət qədər qıcıqlandırıcı bir situasiyadır, elə deyilmi? Necə sübut edə bilərsiniz ki, bunu 1 həftə əvvəl siz demisiniz? “Axı bu ideya mənim idi” deyə düşünsəniz də, bəzən artıq əl-qolunuz bağlanmış olur.

Məişətdə buna müxtəlif adlar verilsə də, professional sferada buna peşə etikasının pozulması, fikir oğurluğu deyilir. Başqasının əməyini, fikrini icazə almadan paylaşan, hətta özününmüş kimi təqdim edən iş yoldaşları bir çox yerdə olur.

“Belə şəxslərlə nəinki iş yoldaşı olmaq, heç salamlaşmaq belə lazım deyil” kimi düşünə bilərsiniz. Lakin onlar var və mövcud olmağa da davam edəcəklər. Bu mövzu ilə bağlı ah-nalə çəkməkdənsə, onlarla necə mübarizə aparmaq lazım olduğunu öyrənmək lazımdır. 

 

İdeya oğrularına qarşı necə müdafiə oluna bilərik? 

Ağlınıza bir ideya gələndə onu başqası ilə paylaşıb, fikir mübadiləsi edərək daha düzgün şəkildə formalaşdırmağa çalışmağınız düzgün qərar kimi görünür. Bəs əgər iş yoldaşınız “ideya oğrusu”dursa, bəs onda nə etmək lazımdır? 


Bunun üçün bir neçə məsləhətimiz var.

 

 

Əlaqədar məqalələr

Distant işin müsbət və mənfi tərəfləri
Təcrübəsiz developerlər və tələbələr üçün 5 məsləhət
İlk iş günündə necə davranmalısınız?
Düzgün karyera seçimi edərkən nələrə diqqət yetirmək lazımdır?