Karyera

Düzgün karyera seçimi edərkən nələrə diqqət yetirmək lazımdır?

 

 

Karyera, əslində, doğuşdan başlayan bir marafondur. Əvvəlcə iməkləyirik, sonra yıxıla-dura gəzirik. Təhsil alırıq, çətin sınaqlar veririk. Bitdimi? Əlbəttə ki, yox. Bəs sonra? İş, peşə seçimləri. Universitet ixtisasımımı davam etdirim, yoxsa xəyallarımın arxasındanmı gedim sualına “pul qazanmaq” hissimiz cavab veririk. Şansımız varsa sevdiyimiz işi görür, yoxdursa pul qazanmaq üçün sevmədiyi işləri görən toplumun bir üzvü oluruq. Məhz sevdiyin işdən pul qazanmaq üçün düzgün karyera seçimi etmək lazımdır. Bu bloqumuzda karyera seçimi edərkən diqqət etməli olduğunuz məqamları qeyd etdik.

 

Hansı sahəyə daha maraqlı olduğunuzu müəyyənləşdirin;

Hansı sahə sizi həyəcanlandırır? Gələcək xəyallarınızı, maraqlarınızı müəyyənləşdirin.
   

Düzgün karyera seçə bilmək üçün ən ideal universitetin hansı olduğuna qərar verin.

 

"Mən necə düzgün karyera qura bilərəm?" Suala cavab verə bilmək üçün insanın öz şəxsi xüsusiyyətlərini və maraqlarını bilməlidir. İstedad, öyrədildiyimiz təqdirdə bir işi nə dərəcədə yerinə yetirə biləcəyimizin göstəricisidir. Karyera seçərkən istedadımızı və şəxsiyyətimizi ön planda tutmalıyıq. Unutmamaq lazımdır ki,  peşə fərdin özünü və qabiliyyətlərini inkişaf etdirmə və reallaşdırması üçün vasitədir. 

 

Karyeranın fəaliyyət sahəsinə nələr daxildir;

Karyera üzrə tələb olunan keyfiyyətlər;

İş mühiti və şəraiti;

Mövcud sahə üzrə işçi tələbatının yüksək və ya aşağı olması;

İnkişaf etdəm imkanının olması;

Qazanc.

 

İnternet saytlarından universitet haqqda ilkin axtarış etmək;

Seçəcəyiniz universitetin beynəlxalq reytinqdəki yerini bilmək;

Universitetin müəllim heyətinin akademik göstəriciləri, eləcə də, tələbələrin nailiyyətləri ilə tanış olmaq;

Təhsil müəssisəsinin şəraiti haqqda araşdırmaq;

Məzunların təəssuratları ilə bağlı məlumat əldə etmək.

 

Əlaqədar məqalələr

İş axtarışı zamanı bunları etməyin!
Təcrübəsiz developerlər və tələbələr üçün 5 məsləhət
16 yaşlılar üçün işlər
İlk iş günündə necə davranmalısınız?