Blue City Yaşayış Kompleksi
1500 - 2000 ₼ 1877
Tam iş günü
Bakı, Azərbaycan
29.12.24 - 29.01.25

İş haqqında məlumat

  • Təyin edilmiş layihədə, sahədə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə, tikinti norma və qaydalarına,istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək;
  • Material sərfini hesablamağı bacarmaq;
  • Müvafiq hesabatlarla (Texniki, Material və Aktlar) işləməyi bacarmaq;
  • Layihələşdirmə, tikinti, istehsalat, əməyin və idarəetmənin təşkili, metroloji təminat, texniki nəzarət, elmi-texniki fəaliyyət üzrə işləri yerinə yetirmək.
  • Bütün mexaniki və elektrik qurğularının və ya avadanlıqlarının, soyutma qurğuları, soyuducular, kondisionerlər və fanlar, nasoslar, qazanlar Avtomatik İdarəetmə Sistemləri, kanalizasiya və s. hər bir elementi üçün profilaktik təmir cədvəllərini tərtib etmək. Bu cədvəlləri kompleks profilaktik baxım sxeminin işlənib hazırlanmasına daxil etmək, onun davamlı həyata keçirilməsində köməkçisinin, onun ixtisaslı, yarımixtisaslı ustalardan ibarət komandasının işinə rəhbərlik etmək və onlara nəzarət etmək;
  • Kompleksin, onun içindəkilərin və ətrafının hər zaman optimal vəziyyətdə olmasını təmin etmək üçün digər gündəlik ümumi təmir və təmir işləri ilə birlikdə effektiv problem hesabatı sisteminin tətbiqinə rəhbərlik etmək;
  • İşlərin İcra Aktlarının hazırlayır;
  • İcra aktları əsasında material, invertar, maşın-mexanizm, avadanlıq və s. sərfiyatının hesablanması və müvafiq hesabatların tərtib edir;
  • Maddi məsul şəxs olaraq material, avadanlıq, invertar, maşın- mexanizmin qənaətli sərfiyatının təşkil edilməsi, anbar işini təşkil edir;
  • Layihəyə dair aylıq texniki hesabatları hazırlayır (Forma 2, Forma 3, Xərc analizi);
  • Yerinə yetirilən işlərin; sahəyə gətirilən material, avadanlıq, maşın-mexanizm, invertarlar və s;
  • Keyfiyyətini müəyyən etmək üçün Keyfiyyət Nəzarət işinin təşkil edir;
  • Müəyyən edilmiş vaxt ərzində obyektlərin təhvil verilməsi planını və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin edir;
  • Təhvil veriləcək tikinti obyektlərinin keyfiyyət səviyyəsinin monitorinqi və yaxşılaşdırılması prosesinə rəhbərlik edir;
  • Razılaşdırılmış qrafik və plan ilə müqayisədə əldə edilən nəticələri qiymətləndirmək, qeydə almaq və təqdim etmək məqsədi ilə layihə-idarəetmə mexanizmləri həyata keçirilməsinə rəhbərlik edir;
  • Görülən işlərə dair günlük, aylıq, illik hesabatlar hazırlayır;
  • Sahədə işləyən işçi briqadaları və onların tərkibinə daxil olmayan dəstə və ayrı-ayrı işçiləri təyin etmək, onların istehsalat tapşırıqlarını müəyyənləşdirmək, onlara iş təlimatı keçmək;
  • Nahar şirkət tərəfindən verilir;
  • İş rejimi: Həftə içi 6 gün;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • Ünvan: Xırdalan şəhəri, Blue City yaşayış kompleksi.

Tələblər

  • Təhsil: Ali təhsil (İnşaat mühəndisi ixtisası üzrə);
  • Kompüter bilikləri: MS Office proqramları, AutoCad;
  • İş təcrübəsi: Müvafiq sahədə 5 ildən az olmayaraq iş stajı;
  • Ünsiyyət və komandada işləmək bacarıqları;
  • İşinə məsuliyyətli və dəqiq yanaşmalı ;
  • Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
  • Tələb olduqda müxtəlif bölgələrə ezamiyyətə gedə bilməli.

Oxşar vakansiyalar