SOCAR DOWNSTREAM MANAGEMENT LLC

Texniki nəzarət üzrə mühəndis

Ə/h razılaşma ilə 139
Tam iş günü
Sumqayıt, Azərbaycan
16.07.24 - 15.08.24

İş haqqında məlumat

  • SDM-in Bütünlük və Etibarlılıq Rəhbərliyi, Bütünlük meneceri və TNBM tərəfindən müəyyən edilmiş texniki nəzarət tədbirlərini həyata keçirilməsi;
  • Mövcud qaydalar, sənayenin ən yaxşı təcrübələri, beynəlxalq norma və standartlara əsaslanaraq mexaniki bütövlük fəaliyyətinin  həyata keçirilməsi;
  • Müvafiq qeyd və məlumatların dolğun,düzgün rəsmləşdirilməsinin aparılması, auditələrə təqdim edilməsi üçün hazırlanması və bu işlərdə böyük mühəndisi dəstəkləmək;
  • Avadanlıqların təhlükəsiz istismarına, yoxlanmasına, çıxdaş edilməsinə və təmirinə aid mütərəqqi üsulları öyrənir və istehsalata tətbiq edir;
  • Texniki nəzarət və sınaq planlarının hazırlanmasını dəstəkləmək və bu sənədlərdə qeyd olunan fəaliyyətlərə nəzarət etmək və həyata keçirmək;
  • Statik avadanlıqların (borular, qoruyucu klapanlar, siyirtmələr, təzyiq altında işləyən qablar və s ) satınalmalarında texniki təsdiqi prosesinin dəstəklənməsi, tədarükçünün sahədəki işlərini izləmək;
  • Təsdiq edilmiş cədvəllər əsasında mövcud qaydalar, texniki şərt və normalara uyğun olaraq istehsal sahələrinin avadanlığın texniki vəziyyətinə cavabdeh mühəndis-texniki işçiləri ilə birlikdə avadanlıqlarda keyfiyyətə müvafiq yoxlamalar aparır;
  • Lazım olduqda ACA, RCM, HAZOP, SIL, 5WHY, RCA və s. İşçi qruplarında fəal iştirak etmək və müvafiq tədbirlər görmək;
  • Ona tabe olan işçilərin peşəkar və şəxsi inkişafı üçün lazım olan bacarıq inkişaf sahələrini təqib etmək və tabe olduğu rəhbərə çatdırmaq;
  • Texniki nəzarət məsələləri üzrə qərarların qəbul edilməsinə dəstək;
  • Fəaliyyət sahəsi ilə əlaqədar tabe olduğu rəhbər tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi;
  • Şirkətin siyasətinə, missiyasına, vizyonuna, korporativ dəyərlərinə, hüquqi və digər tələblərə, habelə şirkətin etik normalarına, siyasətlərinə, qaydalalarına, təlimatlarına, strategiyalarına və məqsədlərinə uyğun fəaliyyət.

Tələblər

  • Təhsil: Bakalavr texniki mühəndislik dərəcəsi;
  • Təcrübə: Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
  • Dil bilikləri: İngilis dili biliyi yaxşı səviyyədə olmalı;
  • Kompüter bacarıqları: Microsoft Office proqramlarında işləmə bacarığı olmalı;
  • API (API 510, 570, 653, 571) sertifikatlarının olması üstünlükdür;
  • QDT üzrə bilik və sertifikatların olması üstünlükdür.


 



Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar