Aral Group Baku

Texniki nəzarət üzrə mühəndis

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
16.04.24 - 16.05.24

İş haqqında məlumat

  • Tikinti aparılan sahələri mütəmadi yoxlamaq, çatışmazlıqlar barədə rəhbərliyə təqdimat vermək;
  • Görülən işlər barədə təqdim olunan sənədlərin (F № 2) düzgünlüyünü əyani olaraq yoxlamaq, uyğunsuzluq aşkarlandıqda araşdırma aparmaq;
  • Sahə rəisləri ilə gündəlik əlaqə saxlamaqla işin gedişatına maneə yaradan məsələləri həll etmək;
  • Sahələrdə plan qrafik əsasında işlərin icra olunmasını izləmək;
  • Mütəmadi olaraq layihədə aparılan işlərin keyfiyyət göstəricilərini müəyyən etmək, təhlilini aparmaq;
  • Müəyyən edilmiş material, maşın-mexanizm, işçilik normalarının (miqdarlarının)  gözlənməsini, israf və səmərəsiz istifadənin qarşısını almaq üçün təkliflər planı hazırlamaq;
  • Tikinti sahələrindən tələb olunan texniki və material hesabatların müəyyən edilmiş vaxtda və qaydada baş ofisə təqdim edilməsini təmin etmək;
  • Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatlar təqdim etmək;
  • Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizini aparmaqla müvafiq tədbirlər görmək;
  • Subpodratçı tərəfindən aparılan işlərin planlı olmasına və yüksək keyfiyyətlə təhvil verilməsinə nəzarət etmək.

Tələblər

  • Təhsil: Tam ali təhsil (İnşaat - mülki tikinti ixtisası üzrə);
  • Təcrübə: Müvafiq vəzifə üzrə iş təcrübəsi; 
  • Kompüter bacarıqları: MS Office və Autocad proqramlarını yüksək səviyyədə bilmək.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar