Bakı,
Azərbaycan
30.04.24
-
30.05.24
İş haqqında məlumat
- Tikinti aparılan sahələri mütəmadi yoxlamaq, çatışmazlıqlar barədə rəhbərliyə təqdimat vermək;
- Görülən işlər barədə təqdim olunan sənədlərin (F № 2) düzgünlüyünü əyani olaraq yoxlamaq, uyğunsuzluq aşkarlandıqda araşdırma aparmaq;
- Sahə rəisləri ilə gündəlik əlaqə saxlamaqla işin gedişatına maneə yaradan məsələləri həll etmək;
- Sahələrdə plan qrafik əsasında işlərin icra olunmasını izləmək;
- Mütəmadi olaraq layihədə aparılan işlərin keyfiyyət göstəricilərini müəyyən etmək, təhlilini aparmaq;
- Müəyyən edilmiş material, maşın-mexanizm, işçilik normalarının (miqdarlarının) gözlənməsini, israf və səmərəsiz istifadənin qarşısını almaq üçün təkliflər planı hazırlamaq;
- Tikinti sahələrindən tələb olunan texniki və material hesabatların müəyyən edilmiş vaxtda və qaydada baş ofisə təqdim edilməsini təmin etmək;
- Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatlar təqdim etmək;
- Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizini aparmaqla müvafiq tədbirlər görmək;
- Subpodratçı tərəfindən aparılan işlərin planlı olmasına və yüksək keyfiyyətlə təhvil verilməsinə nəzarət etmək.
Tələblər
- Təhsil: Tam ali təhsil (İnşaat - mülki tikinti ixtisası üzrə);
- Təcrübə: Müvafiq vəzifə üzrə iş təcrübəsi;
- Kompüter bacarıqları: MS Office və Autocad proqramlarını yüksək səviyyədə bilmək.
Mühəndislik
Tikinti və təmir