GM Construction

Texniki nəzarət üzrə mühəndis

1500 - 2500 ₼ 296
Tam iş günü
Bakı, Azərbaycan
06.03.24 - 05.04.24

İş haqqında məlumat

  • Tikinti aparılan sahələri mütəmadi yoxlamaq, çatışmazlıqlar barədə rəhbərliyə təqdimat vermək;
  • Sahə rəisləri ilə gündəlik əlaqə saxlamaqla işin gedişatına maneə yaradan məsələləri həll etmək;
  • Sahələrdə plan qrafik əsasında işlərin icra olunmasını izləmək;
  • Mütəmadi olaraq layihədə aparılan işlərin keyfiyyət göstəricilərini müəyyən etmək, təhlilini aparmaq;
  • Müəyyən edilmiş material, maşın-mexanizm, işçilik normalarının (miqdarlarının)  gözlənməsini, israf və səmərəsiz istifadənin qarşısını almaq üçün təkliflər planı hazırlamaq;
  • Tikinti sahələrindən tələb olunan texniki və material hesabatların müəyyən edilmiş vaxtda və qaydada baş ofisə təqdim edilməsini təmin etmək;
  • Görülən işlər barədə təqdim olunan sənədlərin (F № 2) düzgünlüyünü əyani olaraq yoxlamaq, uyğunsuzluq aşkarlandıqda araşdırma aparmaq;
  • Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatlar təqdim etmək;
  • Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizini aparmaqla müvafiq tədbirlər görmək;
  • Subpodratçı tərəfindən aparılan işlərin planlı olmasına və yüksək keyfiyyətlə təhvil verilməsinə nəzarət etmək;
  • Korporativ nömrə;
  • Nahar yeməyi;
  • İş qrafiki: 6 günlük (şənbə qısa iş günü);
  • İş yeri: Baş ofis - Baku City Residence (Bakı şəh., Heydər Əliyev pr 189).

Tələblər

  • Yaş: 30-60;
  • Cinsi: Kişi;
  • Təhsil: Tam ali təhsil (İnşaat və ya sənaye/mülki tikinti ixtisası üzrə);
  • Təcrübə: Müvafiq vəzifə üzrə azı 5 il iş təcrübəsi; 
  • Kompüter bacarıqları: MS Office və Autocad proqramlarını yaxşı səviyyədə bilməli;
  • Məsuliyyət və punktuallıq;
  • Problem həlletmə və analitik düşünmə qabiliyyəti;
  • Konfidensiallığı qoruyub saxlamaq bacarığı;
  • İşgüzar ünsiyyət və komandada işləmə bacarığı.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar