Ram Holding

Texniki dəstək mütəxəssisi

1108 ₼
Tam iş günü
Bakı, Azərbaycan
09.02.24 - 10.03.24

İş haqqında məlumat

  • İstifadəçilərin daxil olan müraciətlərinin icrasını həyata keçirir;
  • Bitrix və Helpdesk portalında işləmə bacarığı;
  • Problem və insidentlər (onların həlli) barədə məlumatları sistemə daxil edir;
  • Holdinqin kompyuter və ofis texnikasının mütəmadi profilaktikası və diaqnostikasının keçirilməsi, eləcə də bu zaman ortaya çıxan nasazlıqların aradan qaldırılması;
  • Xidmət zamanı qarşılaşılan problemlər barəsində rəhbərliyə məlumat vermək;
  • Yeni kompüterlərin hazırlanması və proqram təminatları ilə təmin edilməsi;
  • Lazım olan avadanlıqların tələbi haqqında rəhbərliyə yazılı məlumat vermək;
  • Təhlükəsizlik kameralarının qurulması, texniki dəstəyi;
  • Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 08:30 - 17:30;
  • İş yeri: Ziya Bünyadov 1965, “Çinar Park” Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.

Tələblər

  • Təhsil: Ali (İT sahəsi üzrə);
  • Təcrübə: Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
  • Kompüter bacarıqları: MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
  • Windows əməliyyat sistemində işləmə bacarığı;
  • Windows Server, Active Directory və Group Policy haqqında xəbərdar olmaq;
  • Ethernet, IP və şəbəkə cihazlarının iş prinsipləri barədə məlumatlı olmaq;
  • E-poçtun quraşdırılması və konfiqurasiyası;
  • İnformasiya təhlükəsizliyi üzrə nəzarət çərçivələrini və tədbirlərini bilmək;
  • Turniket, AP, Access Control,  Switch, Network Printers, Scanners, Cameras və s. avadanlıqların sazlanması üzrə biliklər;
  • Ezamiyyətlərə getməyə hazır olmaq.