Bakinity Distribution MMC

Tərcüməçi (Azərbaycan, rus və ingilis dilləri üzrə)

Ə/h razılaşma ilə
1309
Tam iş günü
Bakı, Azərbaycan
13.03.25 - 13.04.25

İş haqqında məlumat

  • Elmi, texniki, ictimai-siyasi, iqtisadi, normativ-texniki və mal müşayiət edici sənədləri, xarici ölkələrin idarə və müəssisələri ilə olan yazışma materiallarını, eləcə də seminar, iclas, yığıncaqların materiallarının tərcümə edilməsi;
  • Tərcümələrin əslini leksik, üslub və məna məzmununa dəqiq uyğunluğunu təmin etmək;
  • Elmi və texniki terminlərə və qanunlara münasib qoyulmuş tələblərə riayət edərək tərcümələri həyata keçirmək;
  • Müəyyən olunmuş müddətdə şifahi və yazılı tərcümələr etmək, həmçinin tərcümələri redaktə etmək;
  • Xarici materiallar üzrə tematik xülasələrin tərtibində iştirak etmək;
  • Cəmiyyətin hüquqi və fiziki şəxslərlə yazışmalarını və informasiya materiallarını müəyyənləşdirilmiş bölgüyə uyğun olaraq tərcümə etmək;
  • Rəhbərliyin, habelə zəruri hallarda şöbə rəhbərlərinin apardığı danışıqlarda və görüşlərdə iştirak edərək, sinxron şifahi tərcüməni təmin edilməsi;
  • Cəmiyyətin fəaliyyətində tərtib olunan və ya daxil olan hər hansı sənəd və materialları tərcümə etmək və s.
  • İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək;
  • İstirahət günləri: Şənbə və bazar günləri (Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )

Tələblər

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Azərbaycan, rus və ingilis dillərində yüksək səviyyədə danışmaq, oxumaq, yazmaq və tərcümə etmək bacarığı;
  • Tərcüməçi vəzifəsində ən azı 2-3 il iş təcrübəsi;
  • Komanda ilə işləmək bacarığı, zaman idarəetməsi və detallara diqqət;
  • Tərcümə proqramlarından istifadə bacarığı;
  • Ofis proqramlarında (MS Office) rahat işləmə bacarığı;
  • “Bitrix24” proqramı üzrə təcrübə üstünlükdür;
  • Yüksək ünsiyyət bacarıqları;