Green Cleaning

Tender Üzrə Mütəxəssis

Ə/h razılaşma ilə 0
Tam iş günü
Bakı, Azərbaycan
11.09.24 - 11.10.24

İş haqqında məlumat

  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Elan üzrə ilkin araşdırmanın aparılması və rəhbərliyin məlumatlandırılması;
  • Tenderin Əsas Şərtlər Toplusunun nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi və bunun nəticəsi olaraq baxılan tenderdə şirkətin iştirak imkanları haqqında ilkin analizin nəticələri haqqında rəhbərliyin məlumatlandırılması;
  • Tender sənədlərinin əldə olunması üçün müvafiq işlərin görülməsi;
  • Tender prosesi ilə bağlı yazışmaların və danışıqların aparılması;
  • İştirakçılara qoyulmuş tələblər nəzərə alınmaqla müvafiq sənədlərin hazırlanması və tələb olunan müddət ərzində Sifarişçiyə göndərilməsi;
  • Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılmasını təmin etmək;
  • Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət;
  • Tender təklifinin hazırlanması zamanı və təklif təqdim edildikdən sonra qiymətləndirmə müddətində Tender Komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara cavabların vaxtında və düzgün cavablandırılmasının təmin olunması;
  • Müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq;
  • Tender prosesi zamanı şirkətin təmsil olunması;
  • Tender prosesini icra etmək və nəzarətdə saxlamaq;
  • Tender proseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatların hazırlanması;
  • Korporativ nömrə (korporativ paket);
    Həftə içi 5 gün saat 09:00-18:00.
  •  

Tələblər

  • Ali təhsilli;
  • Yaş həddi 28-35 yaş arası;
  • Satınalma və tender sahəsində 3-4 ildən artıq iş təcrübəsi ( Təcrübə mütləqdir);
  • Tender təkliflərinin hazırlanma qaydalarını bilməli;
  • Kompüter biliklərinə sahib olmalı;
  • Microsoft Ofis proqramlarını yaxşı səviyyədə bilməli.

Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar