STP-BTECH

İnzibati işlər üzrə menecer

Ə/h razılaşma ilə 730
Tam iş günü
Bakı, Azərbaycan
20.12.24 - 20.01.25

İş haqqında məlumat

  • Ofis və iş sahələrində təmizliyin təşkilini təmin etməli və bu prosesə mütəmadi nəzarət etməli;
  • Katerinq şirkəti ilə sıx əməkdaşlıq quraraq yemək xidmətlərinin keyfiyyətli və vaxtında təqdim olunmasını təmin etməli;
  • Ofis və iş sahələrində yaranan təmir-bərpa ehtiyaclarını vaxtında müəyyənləşdirərək icrasını təmin etməli;
  • Dövlət qurumları ilə səmərəli danışıqlar aparmalı və zəruri icazələrin alınmasını təmin etməli;
  • Şirkət avtomobillərinin texniki vəziyyətinə nəzarət etməli, təmir və texniki xidmət proseslərini təşkil etməli;
  • İnzibati xərcləri düzgün planlaşdırmalı və büdcə idarəçiliyini effektiv şəkildə həyata keçirməli;
  • İnzibati işçi heyətini idarə etməli və işlərin koordinasiyasını təmin etməli;
  • Əməyin təhlükəsizliyi qaydalarına tam uyğun şəkildə inzibati fəaliyyətləri həyata keçirməli;
  • Tibbi sığorta;
  • Naharla təmin edilmə;
  • Rəqabətədavamlı əmək haqqı;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • İş saatları: 09:00-17:00 (6 günlük);
  • İş yeri: Binəqədi şossesi, 1-ci Mədən küçəsi.

Tələblər

  • Ali təhsil (Biznesin İdarə Edilməsi, Menecment və ya Mühəndislik sahələri üzrə üstünlük verilir);
  • İnzibati işlər sahəsində ən azı 3-5 il iş təcrübəsi;
  • Təmizlik, katerinq və təmir işləri üzrə təcrübə;
  • Planlama, təşkilatçılıq və liderlik bacarığı;
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı;
  • Güclü ünsiyyət və komanda idarəetmə qabiliyyəti;
  • Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İnzibati işlər üzrə menecer” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar