Euroclima

Tender mütəxəssisi

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
15.03.24 - 14.04.24

İş haqqında məlumat

  • Tenderin əsas şərtlər toplusunun hazırlanması, nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi və bunun nəticəsi olaraq baxılan tenderdə şirkətin iştirak imkanları haqqında ilkin analizin nəticələri haqqında rəhbərliyin məlumatlandırılması;
  • Tender təklifinin hazırlanması zamanı və təklif təqdim edildikdən sonra qiymətləndirmə müddətində tender komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara cavabların vaxtında və düzgün cavablandırılmasının təmin olunması;
  • Tələb olunan sənədlər toplusunun əldə olunması və operativ şəkildə hazırlanması;
  • Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
  • Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət;
  • Tender və sorğu proseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatların hazırlanması;
  • Müəssisələr tərəfindən təchiz olunan mal və xidmətlərin keyfiyyətlərinin təhlili məqsədi ilə qurulmuş sistemin fəaliyyətini təmin etmək;
  • Tender və digər müsabiqələrin keçirilməsi üçün araşdırılmaların aparılması;
  • Mütəmadi bazar araşdırması edərək potensial tədarükçülərin tapılması, qiymət dalğalanmalarının müəyyən edilməsi və yeni həll yollarının hesabatının təqdim edilməsi;
  • Müqavilə şərtləri barəsində razılaşmaq üçün podratçılarla danışıqların aparılması;
  • Təchiz olunan mal və xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə təchizatçılarla görüşlərin keçirilməsi;
  • Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
  • Tender prosesində şirkətin təmsil olunması;
  • Korporativ nömrə müəssisə tərəfindən qarşılanır;
  • Əmək haqqı namizədlərin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə təyin ediləcək;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00;
  • İş yeri: N. Nərimanov rayonu Əhməd Rəcəbli küç. 51K.

Tələblər

  • Təhsil: Ali təhsil (İqtisadi təhsilin olması üstünlükdür);
  • Təcrübə: Müvafiq sahədə minimum 1 il;
  • Dil bilikləri: Azərbaycan dili, rus və ya ingilis dili üstünlükdür;
  • Kompüter bacarıqları: MS Office (Word, Excel) yüksək səviyyədə bilmək;
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
  • Müqavilələrlə iş təcrübəsi.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar