STP Global Cable

Keyfiyyət təminatı üzrə böyük mütəxəssis

Ə/h razılaşma ilə 128
Tam iş günü
Sumqayıt, Azərbaycan
11.07.24 - 10.08.24

İş haqqında məlumat

  • Departamentin fəaliyyətlər üçün beynəlxalq standartlara uyğun olaraq keyfiyyətin idarə edilməsi ilə bağlı metodoloji prosedurların, təlimatların, iş axını diaqramlarının və müvafiq iş formalarının hazırlanması, yenilənməsi və təkmilləşdirilməsi;
  • Keyfiyyət menecmenti sistemi üzrə beynəlxalq standartlara və daxili prosedurlara uyğunluğu ölçmək üçün audit cədvəllərinin təşkili, auditlərin aparılması və auditlərin təşkilinin təmin edilməsi və aşkar edilmiş uyğunsuzluqların izlənməsi;
  • Keyfiyyətin İdarəetmə Sisteminin tələb olunan bütün proseslərinin qurulmasına dəstək və təkmilləşməsində yaxından iştirak etmək;
  • Keyfiyyət İdarəetmə Sisteminin tələbləri istiqamətində risk və imkanların idarə olunması prosesini koordinasiya etmək;
  • Təsdiq edilmiş plana uyğun auditlərin keçirilməsində iştirak etmək, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində tənzimləyici tədbirlərin icrasına nəzarət edilməsi və onların səmərəliliyinin qiymətləndirilməsi üzrə hesabatları hazırlamaq;
  • Müştəri məmnunluğunun yoxlanması və müştərilərdən gələn şikayətlərin araşdırılması və davamlı yaxşılaşdırmaların aparılmasına dəstək;
  • Beynəlxalq standartlar üzrə işçilərin təlimləndirilməsi və istiqamətləndirilməsinin təmin edilməsi üzrə dəstək vermək;
  • Uyğunsuzluqların idarə olunması prosesində yaxından iştirak etmək, kök səbəb analizinin aparılması zamanı tövsiyyə və iradlarını bildirmək, lazım gəldikdə müvafiq alətlərlə kök səbəb analizinin aparılması;
  • Rəhbərliyin təhlili üçün tələb olunan məlumatların toplanması və müvafiq təhlilin təşkil olunmasına dəstək.

Tələblər

  • İSO 9001:2015 üzrə lead auditor sertifikatı olmalı;
  • İSO 45001:2018, İSO 14001:2015 standartları üzrə baza bilikləri olmalıdı;
  • İşgüzar və məsuliyyətli olmalı;
  • Stresə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır;
  • Vakansiya ilə maraqlanan şəxslər https://stpcareer.com/qeydiyyat linkinə keçid edərək müraciət edə bilər.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar