Adore Group

Təlim və inkişaf şöbəsinin koordinatoru

Ə/h razılaşma ilə 171
Tam iş günü
Bakı, Azərbaycan
22.11.24 - 22.12.24

İş haqqında məlumat

  • Təlim və inkişaf strategiyalarının hazırlanması və həyata keçirilməsi;
  • Şirkətin biznes hədəflərinə uyğun olaraq əməkdaşların təlim və inkişafı üçün uzunmüddətli və qısamüddətli planların hazırlanması və tətbiqi;
  • Pərakəndə satış sahəsində çalışan əməkdaşların təlim ehtiyaclarının müəyyən edilməsi;
  • Təlim proqramlarının hazırlanması üçün brend menecerlər və pərakəndə satış şöbəsinin əməkdaşları ilə işgüzar görüşlərin və sessiyaların təşkili;
  • Xidmət və servis standartları, satış texnikası və yumşaq bacarıqlar (soft skills) üzrə təlim proqramlarının formalaşdırılması;
  • Təlim vasitələrinin və metodlarının seçilməsi, həmçinin pərakəndə satış sahəsində çalışan əməkdaşları üçün inkişaf proqramlarının hazırlanması;
  • Təlimin keçirilməsi üçün lazım olan vasitələrin hazırlanması: paylama materialları, təlim üçün iş dəftərləri, təlim yeri və aksesuarlar;
  • Təlim prosesindən sonra mənimsənilən biliklərin qiymətləndirilməsi;
  • Ümumi təlim planına və cədvəlinə uyğun olaraq təlimlərin keçirilməsini təmin etmək;
  • Əməkdaşlarının attestasiyasının keçirilməsini təmin etmək;
  • Elektron təlim (e-learning), mobil təlim və digər rəqəmsal alətlər kimi müasir texnologiyaların və təlim metodlarının tətbiqi;
  • Təlim və inkişaf sahəsində yeni tendensiyaların və ən yaxşı təcrübələrin monitorinqi;
  • Xarici təlimlərin təşkilinə dəstək, brendlərin xarici nümayəndələri ilə əlaqələrin qurulması;
  • Satış nöqtələrində xidmət standartlarına əməl olunmasına nəzarət, həmçinin müxtəlif departamentlərdən alınan rəyin təhlili;
  • Təlim və inkişaf şöbəsinin büdcəsinin idarə olunması və istifadəsinə nəzarət;
  • Təlimlərin nəticələri üzrə hesabatların hazırlanması və şirkət rəhbərliyinə təqdim edilməsi;
  • Rəqabətə davamlı əmək haqqı;
  • Yüksək peşəkar komandada işləmək imkanı;
  • İş qrafiki: 5/2, saat 09:00-dan 18:00-dək;
  • Ünvan: baş ofis, Gənclik m. yaxınlığı, Oqtay Kərimov 49.

Tələblər

  • Ali təhsil;
  • Təlim və İnkişaf sahəsində iş təcrübəsi (İR sahəsində iş təcrübəsi üstünlükdür);
  • Peşəkar ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmalı;
  • İdarəetmə və təşkilatçılıq qabiliyyəti;
  • Ənənəvi və müasir təlim metodları ilə tanışlıq;
  • Səlis azərbaycan və rus dilləri, ingilis dili biliyi üstünlükdür;
  • MS Office proqramlarında peşəkar işləmək bacarığı;
  • Müraciət üçün CV-nizi elektron poçt ünvana göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını «Təlim və inkişaf şöbəsinin koordinatoru» qeyd etməyiniz xahiş olunur.

Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar