Баку,
Азербайджан
22.11.24
-
22.12.24
O работе
- Təlim və inkişaf strategiyalarının hazırlanması və həyata keçirilməsi;
- Şirkətin biznes hədəflərinə uyğun olaraq əməkdaşların təlim və inkişafı üçün uzunmüddətli və qısamüddətli planların hazırlanması və tətbiqi;
- Pərakəndə satış sahəsində çalışan əməkdaşların təlim ehtiyaclarının müəyyən edilməsi;
- Təlim proqramlarının hazırlanması üçün brend menecerlər və pərakəndə satış şöbəsinin əməkdaşları ilə işgüzar görüşlərin və sessiyaların təşkili;
- Xidmət və servis standartları, satış texnikası və yumşaq bacarıqlar (soft skills) üzrə təlim proqramlarının formalaşdırılması;
- Təlim vasitələrinin və metodlarının seçilməsi, həmçinin pərakəndə satış sahəsində çalışan əməkdaşları üçün inkişaf proqramlarının hazırlanması;
- Təlimin keçirilməsi üçün lazım olan vasitələrin hazırlanması: paylama materialları, təlim üçün iş dəftərləri, təlim yeri və aksesuarlar;
- Təlim prosesindən sonra mənimsənilən biliklərin qiymətləndirilməsi;
- Ümumi təlim planına və cədvəlinə uyğun olaraq təlimlərin keçirilməsini təmin etmək;
- Əməkdaşlarının attestasiyasının keçirilməsini təmin etmək;
- Elektron təlim (e-learning), mobil təlim və digər rəqəmsal alətlər kimi müasir texnologiyaların və təlim metodlarının tətbiqi;
- Təlim və inkişaf sahəsində yeni tendensiyaların və ən yaxşı təcrübələrin monitorinqi;
- Xarici təlimlərin təşkilinə dəstək, brendlərin xarici nümayəndələri ilə əlaqələrin qurulması;
- Satış nöqtələrində xidmət standartlarına əməl olunmasına nəzarət, həmçinin müxtəlif departamentlərdən alınan rəyin təhlili;
- Təlim və inkişaf şöbəsinin büdcəsinin idarə olunması və istifadəsinə nəzarət;
- Təlimlərin nəticələri üzrə hesabatların hazırlanması və şirkət rəhbərliyinə təqdim edilməsi;
- Rəqabətə davamlı əmək haqqı;
- Yüksək peşəkar komandada işləmək imkanı;
- İş qrafiki: 5/2, saat 09:00-dan 18:00-dək;
- Ünvan: baş ofis, Gənclik m. yaxınlığı, Oqtay Kərimov 49.
Требования
- Ali təhsil;
- Təlim və İnkişaf sahəsində iş təcrübəsi (İR sahəsində iş təcrübəsi üstünlükdür);
- Peşəkar ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmalı;
- İdarəetmə və təşkilatçılıq qabiliyyəti;
- Ənənəvi və müasir təlim metodları ilə tanışlıq;
- Səlis azərbaycan və rus dilləri, ingilis dili biliyi üstünlükdür;
- MS Office proqramlarında peşəkar işləmək bacarığı;
- Müraciət üçün CV-nizi elektron poçt ünvana göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını «Təlim və inkişaf şöbəsinin koordinatoru» qeyd etməyiniz xahiş olunur.
Человеческие ресурсы
Профессиональные услуги
Срок действия задания истек