Azerconnect LLC

Təchizat üzrə mütəxəssis

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
19.03.24 - 18.04.24

İş haqqında məlumat

  • Vəzifə öhdəliklərinə uyğun olaraq satınalmalar planı hazırlamaq və onun tətbiqini təmin etmək;
  • Strateji və əsas biznes müqavilələri ilə bağlı satınalmalar strategiyasının formalaşdırılması məqsədilə proqnoz xarakterli məlumatlar toplamaq və tələbatla əlaqədar təhlil aparmaq üçün əməliyyat şöbəsi ilə əməkdaşlıq etmək;
  • Daxili müştərilər ilə xüsusi əhəmiyyətli, yüksək riskli və yüksək prioritetli müqavilələr üçün müqavilələrin icrasına nəzarətin əhatə dairəsini və təchizat strategiyalarını nəzərdən keçirmək və müəyyənləşdirmək;
  • Pul vəsaitlərinin hərəkəti, maliyyələşdirmə, istiqraz vərəqələrinin buraxılışı, valyuta, risklərin qarşısının alınması üzrə siyasəti nəzərdən keçirmək və müəyyənləşdirmək;
  • Kommersiya və texniki qiymətləndirmə prosesini başlatmaq;
  • Texniki komandanın verdiyi məlumatları qəbul etmək və onları tender iştirakçıları ilə paylaşmaq;
  • Ehtiyac yaranarsa, tender təklifini nəzərdən keçirmək;
  • Satınalmanın həcmi ilə şərtlər, zəmanətlər, kompensasiya və sığorta arasındakı uyğunsuzluqları nəzərdən keçirmək;
  • Müqavilənin təltif olunmasından sonrakı fəaliyyətlərin icrası üçün əsas maraqlı tərəflərlə əlaqələr qurmaq;
  • Əhatə dairəsinin dəyişməsi və şikayət və iddia tələblərinə baxılması ilə bağlı mübahisəli məsələlərin həllində iştirak etmək;
  • Dəyişikliklə bağlı sorğunun verilməsi və  müqaviləyə düzəlişlərin təklif olunması prosesini idarə etmək;
  • Hesab-fakturalar üzrə ödənişlərin həyata keçirilməsi və nağd vəsaitlərin hərəkətini uyğunlaşdırmaq üçün maliyyə şöbəsi ilə əməkdaşlıq etmək; 
  • Satınalmaların və xidmətlərin keyfiyyətini qoruyub saxlayarkən və ya təkmilləşdirərkən xərclərin optimallaşdırılmasına nail olmaq;
  • Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə birbaşa və şöbə rəhbəri tərəfindən verilən sifahi, yazılı göstərişlərin və mövcud şirkət daxili qaydaların icrası;
  • Görülən işlərin prosedur və təlimatlara uyğun həyata keçirilməsi;
  • Şirkətə aid məlumatların məxfiliyinin təmin olunması;
  • Password–ların gizli saxlanması. 

Tələblər



Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar