SOCAR DOWNSTREAM MANAGEMENT LLC
Ə/h razılaşma ilə 72
Tam iş günü
Sumqayıt, Azərbaycan
22.08.24 - 21.09.24

İş haqqında məlumat

  • Karbamid Zavodu (Sumqayıt);
  • Səthlərin xüsusi təyinatlı məhlullarla suvaqlanması işlərini yerinə yetirmək;
  • Əyrixətli səthlərdə daimi və dəyişkən kəsikli karkizləri çəkmək;
  • Müxtəlif çevrəli kessonlu əyrixətli tavanların, dəyişən kəsikli, hamar səthlərinin, dirək, sütun, pilyastra və tirlərin suvaqlanması işlərini yerinə yetirmək;
  • Tavanda mürəkkəb xonçaları düzəltmək;
  • Əyrixətli səthlərə məhlulun əl və mexanikləşdirilmiş üsullarla çəkmək;
  • Müxtəlif çevrəli kessonla yastı tavanların suvaqlanmasını, səthlərə dekorativ məhlulların çəkilməsi və onların əl üsulu və mexanikləşdirilmiş alət ilə emal edilməsi işlərini yerinə yetirmək;
  • Küncləri düzəltməklə düzxətli səthlərdə bütün növlü məhlullarla daimi kəsikli kargizləri işləmək;
  • Suvaqlanmış səthlərdə, o cümlədən fasadlarda haşiyələrin kəsilməsini, fasadların dekorativ suvaqla bəzədilməsini etmək;
  • Düzxətli divar səth, tavan, hamar sütun, pilyastr, yamaclı taxça və kəsikli tirlərə əl alətləri ilə suvağın çəkilməsini etmək;
  • Küncləri hazırlamaqla paduqaları, yüksək keyfiyyətli rəngləmə altı qumsuz örtüyü düzəltmək;
  • Yığma dəmir-beton örtüyün tavanları və divar panelləri arası tikişlərin işlənməsi işlərini yerinə yetirmək;
  • Səthlərin torkretlənməsi, maili səthlərin yığma elementlərlə örtülməsi və suvaq səthinin üstünün sement məhlulu ilə dəmirləşdirilməsi işlərini yerinə yetirmək;
  • Hazır reseptlər üzrə dekorativ məhlul və xüsusi təyinatlı suvaqlar üçün məhlulların hazırlanmasını etmək (hidroizolyasiya, qazizolyasiya, səsudma qabiliyyətli, istiliyədavamlı, rengenkeçirməyən və s.);
  • Üzləyici qatın mexanikləşdirilmiş üsulla sürtülməsi işlərini yerinə yetirmək.

Tələblər

  • Müvafiq sahə üzrə orta təhsil;
  • Suvaq üçün xüsusi mürəkkəb səthlərin nişanlanma üsul və yollarını bilməli;
  • Nəfis suvağın çəkilməsinin üsul və metodlarını bilməli;
  • Yüksək keyfiyyətli suvağın icra üsullarını və fasadların dekorativ suvaqlanmasının texnologiyasını və üsullarını bilməli;
  • Fasad səth və daxili səthlərin nişanlanma və bölünmə yollarını bilməli;
  • Kargizlərin düzəldilməsi üçün ülgülərin qurulmasını bilməli;
  • Xüsusi təyinatlı suvaqların yerinə yetirilmə üsullarını bilməli;
  • Suvaq işləri və ventilyasiya qutuları üçün gips tavanların hazırlanmasında istifadə edilən əsas materialların növlərini bilməli;
  • Əl alət və qurğularının ad və təyinatını bilməli;
  • Məhlulların suvaq üçün hazırlanma və suvaq üçün səthlərin hazırlanma üsullarını bilməli;
  • Suvaq işlərində işlədilən əsas material və hazır quru məhlul qarışıqlarının xüsusiyyətlərini bilməli;
  • Quru qarışıqlardan məhlulun təyinatını və hazırlanma üsullarını bilməli;
  • Quru suvağın bərkidilməsi üçün mastikaların tərkibini bilməli;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, ilk tibbi yardım, sanitariya-gigiyena və yanğın təhlükəsizliyi qaydalarını, daxili intizam qaydalarını bilməli.
  • Vakansiya ilə maraqlanan şəxslər https://socardownstream.az/az/vacancy/suvaqci linkinə keçid edərək müraciət edə bilər.


Oxşar vakansiyalar