Сумгаит,
Азербайджан
22.08.24
-
21.09.24
O работе
- Karbamid Zavodu (Sumqayıt);
- Səthlərin xüsusi təyinatlı məhlullarla suvaqlanması işlərini yerinə yetirmək;
- Əyrixətli səthlərdə daimi və dəyişkən kəsikli karkizləri çəkmək;
- Müxtəlif çevrəli kessonlu əyrixətli tavanların, dəyişən kəsikli, hamar səthlərinin, dirək, sütun, pilyastra və tirlərin suvaqlanması işlərini yerinə yetirmək;
- Tavanda mürəkkəb xonçaları düzəltmək;
- Əyrixətli səthlərə məhlulun əl və mexanikləşdirilmiş üsullarla çəkmək;
- Müxtəlif çevrəli kessonla yastı tavanların suvaqlanmasını, səthlərə dekorativ məhlulların çəkilməsi və onların əl üsulu və mexanikləşdirilmiş alət ilə emal edilməsi işlərini yerinə yetirmək;
- Küncləri düzəltməklə düzxətli səthlərdə bütün növlü məhlullarla daimi kəsikli kargizləri işləmək;
- Suvaqlanmış səthlərdə, o cümlədən fasadlarda haşiyələrin kəsilməsini, fasadların dekorativ suvaqla bəzədilməsini etmək;
- Düzxətli divar səth, tavan, hamar sütun, pilyastr, yamaclı taxça və kəsikli tirlərə əl alətləri ilə suvağın çəkilməsini etmək;
- Küncləri hazırlamaqla paduqaları, yüksək keyfiyyətli rəngləmə altı qumsuz örtüyü düzəltmək;
- Yığma dəmir-beton örtüyün tavanları və divar panelləri arası tikişlərin işlənməsi işlərini yerinə yetirmək;
- Səthlərin torkretlənməsi, maili səthlərin yığma elementlərlə örtülməsi və suvaq səthinin üstünün sement məhlulu ilə dəmirləşdirilməsi işlərini yerinə yetirmək;
- Hazır reseptlər üzrə dekorativ məhlul və xüsusi təyinatlı suvaqlar üçün məhlulların hazırlanmasını etmək (hidroizolyasiya, qazizolyasiya, səsudma qabiliyyətli, istiliyədavamlı, rengenkeçirməyən və s.);
- Üzləyici qatın mexanikləşdirilmiş üsulla sürtülməsi işlərini yerinə yetirmək.
Требования
- Müvafiq sahə üzrə orta təhsil;
- Suvaq üçün xüsusi mürəkkəb səthlərin nişanlanma üsul və yollarını bilməli;
- Nəfis suvağın çəkilməsinin üsul və metodlarını bilməli;
- Yüksək keyfiyyətli suvağın icra üsullarını və fasadların dekorativ suvaqlanmasının texnologiyasını və üsullarını bilməli;
- Fasad səth və daxili səthlərin nişanlanma və bölünmə yollarını bilməli;
- Kargizlərin düzəldilməsi üçün ülgülərin qurulmasını bilməli;
- Xüsusi təyinatlı suvaqların yerinə yetirilmə üsullarını bilməli;
- Suvaq işləri və ventilyasiya qutuları üçün gips tavanların hazırlanmasında istifadə edilən əsas materialların növlərini bilməli;
- Əl alət və qurğularının ad və təyinatını bilməli;
- Məhlulların suvaq üçün hazırlanma və suvaq üçün səthlərin hazırlanma üsullarını bilməli;
- Suvaq işlərində işlədilən əsas material və hazır quru məhlul qarışıqlarının xüsusiyyətlərini bilməli;
- Quru qarışıqlardan məhlulun təyinatını və hazırlanma üsullarını bilməli;
- Quru suvağın bərkidilməsi üçün mastikaların tərkibini bilməli;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, ilk tibbi yardım, sanitariya-gigiyena və yanğın təhlükəsizliyi qaydalarını, daxili intizam qaydalarını bilməli.
- Vakansiya ilə maraqlanan şəxslər https://socardownstream.az/az/vacancy/suvaqci linkinə keçid edərək müraciət edə bilər.
Услуга
Нефть и газ
Срок действия задания истек