Специалист по корпоративным продажам (Korporativ satış üzrə mütəxəssis)
Ə/h razılaşma ilə
1134
Tam iş günü
Bakı,
Azərbaycan
27.01.25
-
27.02.25
İş haqqında məlumat
- İşin prioritetini və ardıcıllığını müəyyənləşdirmək və iş vaxtını səmərəli şəkildə bölüşdürmək;
- İş vaxtının bölüşdürülməsində köməklik etmək;
- Tərəfdaşları, müştəriləri, ziyarətçiləri, şöbə rəhbərlərini və işçilərini planlaşdırılan tədbirlər və planlar haqqında məlumatlandırmağın ən optimal yollarını seçmək;
- Rəhbərlik və qarşı tərəf arasında görüşlər təşkil etmək;
- Rəhbərlik olmadığı müddətdə şöbəyə həvalə edilmiş işin yerinə yetirilməsini təmin etmək;
- Təşkilat daxilində ünsiyyət üçün müəyyən edilmiş qayda və prosedurlardan istifadə etmək;
- Təşkilatın və liderin müsbət imicini yaratmaq və saxlamaq;
- Məlumat məxfiliyi təmin etmək, məxfi məlumatı məxfi saxlamaq;
- İnformasiya ilə işləmək, təhlil etmək və sistemləşdirilmiş formada təqdim etmək;
- Sürətli yazı və qeyd bacarıqlarını tətbiq etmək;
- İnformasiya təminatının dolğunluq, etibarlılıq və operativlik meyarlarına uyğun olaraq məlumat mənbələrini təhlil etmək və seçmək;
- Müəyyən edilmiş tələblərə uyğun olaraq məlumatları toplamaq, emal etmək və təhlil etmək;
- Mövcud verilənlər bazalarında məlumatların axtarışı, axtarış xüsusiyyətlərinin müxtəlif kombinasiyası əsasında məlumat və arayış işlərinin aparılması;
- İnformasiya ehtiyatlarından istifadə etmək və məlumatları müəyyən edilmiş meyarlara uyğun sistemləşdirmək;
- Daxil olan məlumatlar və qiymət təhlili əsasında kommersiya təklifləri tərtib etmək;
- Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
- Materialın məntiqi ardıcıllıqla təqdim edilməsi;
- Azərbaycan dilində sənədlərin mətnini redaktə etmək;
- Həftəlik və aylıq hesabatların rəhbərliyə təqdim edilməsi;
- Məhsul və xidmətlər haqqında prezentasiyaların hazırlanması;
- Korporativ müştərilərlə əlaqələrin qurulması və saxlanılması;
- Müştəri sifarişlərinin qəbul edilməsi, işlənməsi və izlənməsi;
- Satış əməliyyatlarının gündəlik idarə edilməsi və optimallaşdırılması;
- Korporativ müştərilər üçün məhsul və xidmətlərin təqdimatı;
- Müştəri məmnuniyyətinin təmin edilməsi üçün əməliyyatların təkmilləşdirilməsi;
- Satış məlumatlarının analiz edilməsi, hesabatların hazırlanması və təqdim edilməsi;
- İclasların və konfrans tədbirlərinin protokollarını tərtib etmək, iştirakçıların siyahısını, gündəliyi, iştirak vərəqələrini və yekun sənədlərin layihələrini hazırlamaq, məlumat, sənəd və materialları konfrans tədbirinin iştirakçılarına ötürmək;
- (Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri);
- Vakansiya növü : Tam ştat;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- Push 30-dan endirim ilə yararlanmaq imkanı;
- Paşa Həyat “Həyatın Yaşam Sığortası”na qoşulmaq imkanı;
- İT sahəsində peşəkar inkişaf imkanı;
- İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək;
- İstirahət günləri: Şənbə və bazar günləri.
Tələblər
- Ali təhsil (biznes, menecment, və s. oxşar sahələr üzrə);
- Müvafiq sahə üzrə 3 ildən az olmayaraq iş stajı (İT sahəsi);
- Microsoft Office proqramları (Word, Excel, PowerPoint, Outlook və s.) ilə işləmə bacarığı;
- Azərbaycan və rus dillərində sərbəst səviyyədə danışmaq, oxumaq və yazmaq bacarığı (ingilis dili arzuolunandır);
- 1 C və CRM proqram təminatlarında işləmə bacarığı;
- Komandada işləmək, işgüzar danışıqlar və yazışmaları aparmaq bacarığı;
- Analitik düşüncə və yüksək ünsiyyət qabiliyyəti;
- Öz fəaliyyətini nümayiş etdirmək, sahəsi üzrə yeni biliklər öyrənmək istəyi və bacarığı;
- Cəmiyyət və Dövlət qurumları ilə korporativ satış istiqamətində əlaqələrin qurulması;
- Korporativ yazışmalar və korporativ etiket qaydaları;
- Konfidensial mülkiyyət məlumatlarının mühafizəsi qaydaları;
- İş protokollarının tərtib edilməsi;
- Məlumat, sənəd və materialları tədbir iştirakçılarına ötürmək;
- Görüşlərin və danışıqların hazırlanması və keçirilməsi üçün təşkilati və texniki tədbirlər kompleksi;
- Dövlət orqanlarında, üçüncü tərəf təşkilatlarında təmsilçilik prinsipləri və onlarla qarşılıqlı fəaliyyət qaydası;
- Xarici və daxili informasiya axınlarının formalaşmasının xüsusiyyətləri;
- Sənədlərin tərtibi və işlənməsi qaydalarını;
- Rəhbərin göstərişlərinin icrasına nəzarət qaydalarını;
- Elektron sənəd dövriyyəsi sistemlərindən və verilənlər bazalarından istifadə bacarıqları.
Satış
Ticarət