VMF Company

Korporativ satış mütəxəssisi

700 ₼
2406
Tam iş günü
Bakı, Azərbaycan
04.03.25 - 04.04.25

İş haqqında məlumat

  • Korporativ satış ilə bağlı əlaqələrin qurulması üçün bazar araşdırılmalarının aparılması və yeni əməkdaşlıqların qurulması;
  • Müştərilərin tələblərinə əsasən təklif paketlərinin hazırlanması və satışın həyata keçirilməsi;
  • Korporativ satışla bağlı sənədləşmə işlərin aparılması və arxivləşdirilməsi;
  • Müştəri məmnuniyyəti ilə bağlı araşdırmaların aparılması və məmnuniyyətin qorunması üçün işlərin görülməsi;
  • Rəqib analizi və bazar tendensiyalarının öyrənilməsi;
  • Müvafiq hesabatların və təkliflərin hazırlanması;
  • Sifarişlərin çatdırılma prosesini nəzarətdə saxlanması;
  • Dövrü hesabatların hazırlanıb struktur rəhbərinə təqdim edilməsi;
  • Əmək haqqı: AZN (fix-net) və satış üzrə bonus;
  • Karyera inkişafı və təlim imkanları;
  • Müasir iş mühiti və gənc, dinamik komandada işləmək imkanı;
  • 6 günlük iş rejimi;
  • Ünvan: N.Nərimanov pr.5., N.Nərimanov heykəlinin yanı.

Tələblər

  • Yaş: maksimum 40 yaşa qədər;
  • Orta təhsil (Ali təhsil üstünlükdür.);
  • Korporativ satış sahəsində ən azı 1 il iş təcrübəsi;
  • Yüksək ünsiyyət bacarıqları və müştəri yönümlü yanaşma;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı. Rus və ingilis dillərində biliklər üstünlükdür;
  • Yüksək motivasiya, təşəbbüs və komanda işinə uyğunluq;
  • Şəxsi avtomobili olmalıdır;
  • Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
  • Təqdimetmə bacarığı;
  • Şəxsi avtomobili olmalıdır.

Oxşar vakansiyalar