Cronos Construction

Smeta mühəndisi

Ə/h razılaşma ilə 94
Tam iş günü
Bakı, Azərbaycan
02.02.24 - 03.03.24

İş haqqında məlumat

  • Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;
  • Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz etmək;
  • Layihədəki büdcə risklərin analizi və analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;
  • Layihə, Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
  • Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparmaq;
  • Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlamaq və bu barədə arayış tərtib etmək;
  • Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak etmək;
  • Yenidən qurulan və ya təmir olunan obyektlərə titul vərəqələrinin hazırlanmasında iştirak etmək;
  • Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırır və onların normativlərə riayət etmələrini nəzarətdə saxlamaq, görülən işlər barədə aktlar hazırlamaq;
  • Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin aşağı düşməsi üçün tədbirlər görmək;
  • Smeta sənədlərinin uçotunu aparır, smeta- maliyyə hesablamalarını sistemləşdirmək;
  • Smeta qiymətləri haqqında arayışlar tərtib etmək;
  • İdarəetmənin keyfiyyəti üzrə tələblərə əməl etmək;
  • Tikinti layihələri üzrə (yerinə yetirilmiş, mövcud və bitməyərək yarımçıq qalmış) iş həcmləri və materialların hesablanması və cədvəllərinin hazırlanması;
  • Obyektlərdə (yerində) ölçü işlərinin aparılması;
  • Smetaların bazar qiymətləri ilə hesablanması;
  • Texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Xərc analizi);
  • Sahələrdən gələn texniki hesabatların yoxlanması;
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki: 6 günlük;
  • İş saatı: 10:00 - 18:00 (Şənbə günü 10:00 - 16:00).

Tələblər

  • Təhsil: Mühəndis (İnşaat Sahəsi) ixtisası üzrə ali təhsil;
  • Təcrübə: Müvafiq sahə üzrə minimum 3 il;
  • Dil bilikləri: Azərbaycan dili (əla), ingilis və rus dilləri arzu olunandır;
  • Kompüter bacarıqları: MS Office (Excel, Outlook, Word), 1C, AutoCAD, Smeta+;
  • Layihə smeta işlərinin hazırlanması üçün normativ hüquqi sənədləri;
  • Qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını;
  • Müvafiq qanunvericilik aktları və normalarını bilmək;
  • Titul vərəqələrinin hazırlanmasını, aşkar olunan nasazlıqlar cədvəlinin yazılma qaydasını və digər texniki sənədlərin hazırlanma qaydasını bilmək;
  • İqtisadiyyatın əsaslarını, istehsalatın, əməyin və idarəetmənin təşkili qaydalarını bilmək;
  • Analitik düşüncə tərzi;
  • Dəqiqlik, operativlik.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar