Bakı,
Azərbaycan
08.05.24
-
07.06.24
İş haqqında məlumat
- Təlim ehtiyaclarını müəyyənləşdirmək;
- Plan və təqvimə əsasən gündəlik təlimləri keçmək;
- Struktur bölümlərdə vaxtaşırı təlimatlandırmaların keçirilməsi, təlimat jurnallarını yoxlamaq;
- Həftəlik, aylıq keçirilmiş təlimlər və biliklərin yoxlanılması ilə bağlı şöbə müdirinə hesabat vermək;
- İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməsi;
- İş yerində zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməsi;
- İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməsi;
- Təxliyyə planının hazırlanmasında iştirak edilməsi və işçilərə bu barədə təlimat keçirilməsi;
- Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
- Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
- Mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasını təşkil etmək;
- İş yerində bədbəxt hadisələrin araşdırılmasında iştirak;
- İşçilərin sağlamlığına təhlükə yarada bilən fəaliyyət növlərini müəyyən edilməsi;
- Potensial təhlükə mənbəyi olan iş metodlar, proseslər, və ya materiallar üzrə işçilərin mühafizəsinə yönəldilmiş tədbirlərə dair tövsiyələr vermək;
- İş şəraitini, avadanlıqları yerli qanunvericiliyin tələblərinə uyğunluğunu təmin etmək məqsədi ilə onları təftiş etməsi və qiymətləndirməsi.
Tələblər
- Təhsil: Ali;
- Təcrübə: Müvafiq sahədə minimum 3 il (Tikinti sahəsində 1 il iş təcrübəsi);
- Dil bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri yaxşı;
- Kompüter bacarıqları: Microsoft Office (Word, Excel, PowerPoint);
- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
- Təqdimat hazırlamaq və təqdimetmə bacarığı;
- Azərbaycan Respublikasının qanunvericiliyini (Əmək Məcəlləsi, Nazirlər Kabinetinin qəbul etdiyi Qərarlar, SƏTƏMM sahəsində təsdiq edilmiş AR-nin Qanunları, normativlər və standartlar, habelə Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələr) bilməli.
Mühəndislik
Peşəkar xidmətlər