AzerGold CJSC

Keyfiyyətə nəzarət üzrə baş mütəxəssis

Ə/h razılaşma ilə 227
Tam iş günü
Bakı, Azərbaycan
17.05.24 - 16.06.24

İş haqqında məlumat

  • Məhsulun hazırlanma prosesində istifadə olunan xammalın keyfiyyət göstərcilərinin formalaşmasında iştirak etmək və müvafiq təkliflər vermək;
  • Məhsulun hazırlanma prosesində istifadə olunan xammalların keyfiyyət göstəricilərinin təmin olunmasına nəzarət etmək;
  • Müxtəlif səviyyələrdə istehsal mərhələsinə nəzarət etmək;
  • Xammal, yarımməhsul, hazır məhsul və laboratoriaya ölçmlələrinə dair tələblər formalaşdırmaq və tələblərə riayət edilməsinə nəzarət etmək;
  • Keyfiyyət xəritəsini formalaşdırmaq;
  • Keyfiyyətə nəzarət nöqtələri (KNN) təyin etmək və daimi nəzarət etmək;
  • Mədən əməliyyatlarında tendensiyaları, nümunələri və təkmilləşdirmə sahələrini müəyyən etmək üçün filizin dərəcəsi, bərpa dərəcələri və mineral tərkibi daxil olmaqla keyfiyyət göstəricilərinə nəzarət etmək, təhlil etmək və təkliflər vermək;
  • İstehsal mərhələlərini əhatə edən hesabatlılıq formasını yaratmaq və daimi işlək vəziyyətə saxlanılmasını təmin etmək;
  • İstehsal mərhələsində istifadə olunan xammal və yarımməshulların saxlanma şəraitinə nəzarət etmək;
  • İstehsalda istifadə olunan avadanlıqların kalibarasiyasını təmin edilməsinə nəzarət etmək və istehsalda istifadə olunan avadanlıqların Faydalı İş əmsalının artırılması üçün təkliflər vermək;
  • Keyfiyyətə nəzarət sahəsində uyğunsuzluqların idarə olunması prosesində iştirak etmək.

Tələblər

  • Təhsil: Ali təhsil (İdarəetmə, standartlaşdırma, dağ-mədən və ya laboratoriya fəalityyəti üzrə hər hansı biri), dağ-mədən mühəndisliyi, geologiya, ətraf mühit elmləri və ya əlaqəli sahədə bakalavr dərəcəsi;
  • Təcrübə: Keyfiyyətə nəzarət sahə üzrə 3 il, dağ mədən və ya mədən laboratoriyası ilə bağlı 2 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili yüksək, İngilis və Rus dili orta səviyyə səviyyədə biliklər;
  • Kompüter bacarıqları: Microsoft Office proqramları üzrə işləmə bacarığı;
  • Detalları görmək və qüsurları aşkarlamaq;
  • Keyfiyyət idarəetmə sistemləri (İSO 9001, İSO 14001, İSO 45001, İSO 17025) və keyfiyyətə nəzarət standartları üzrə işləmə təcrübəsi;
  • Məhsula baxış və yoxlamalar aparmaq üçün güclü təşkilatçılıq bacarıqları;
  • Məhsulların keyfiyyət standartlarına cavab verməsini təmin etmək üçün texniki sənədləri, təlimatları və planları oxuma və təhlil etmə bacarığı;
  • Sənədləşdirmə və təqdimat bacarıqları;
  • İşçilərin cəzalandırılmadan və ya məsuliyyətə cəlb edilmədən keyfiyyətə nəzarət problemləri və ya çatışmazlıqlar barədə sərbəst danışdıqları mədəniyyəti təşviq etmək.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar