AZCD Group QSC

SƏTƏM mütəxəssisi

Ə/h razılaşma ilə 87
Tam iş günü
Bakı, Azərbaycan
03.06.24 - 03.07.24

İş haqqında məlumat

  • Tikinti sahəsində əməyin mühafizəsi işinin təşkili və əlaqaləndirilməsi;
  • Ərazidəki işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
  • İş yerində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;
  • SƏTƏM təlimatlarında olan dəyişikliklərin hazırlanmasında iştirak etmək və vaxtında işçiləri məlumatlandırmaq;
  • İşçilərin əməyin mühafizəsi və əməyin texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasında iştirak etmək; 
  • İş şəraitində risklərin qiymətləndirilməsi və ona uyğun tədbirlərin görülməsi;
  • Sahədə mütamadi yoxlamalar və müvafiq prosedurlar  keçirmək;
  • Əməyin təhlükəsizliyi istiqamətində şirkətdaxili tədrislər keçirmək;
  • Keçirilmiş daxili yoxlamaları qeydə almaq və üzə çıxmış qayda pozuntuları ilə bağlı tədbirlər keçirmək;
  • İşdə hadisələri qeydə almaq və göstəriciləri rəhbərliyə təqdim etmək;
  • Avadanlıq və texnikanın təhlükəsiz işləməsinə və quraşdırılmasına nəzarət;
  • Ərazidə Sağlamlıq və Əməyin Təhlükəsizliyi Sisteminin qurulması və işlək vəziyyətdə saxlanılması;
  • SƏTƏM üzrə düzəldici və ya qabaqlayıcı tədbirlərin müəyyənləşdirilməsi və həyata keçirilməsinə nəzarət;
  • Xəsarətlər və hadisələr zamanı onların baş vermə səbəblərinin araşdırılması, onların qeydiyyatı və aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi;
  • İş qrafiki: 6 günlük;
  • İş yeri: Binəqədi rayonu.

Tələblər

  • Təhsil: Ali;
  • Təcrübə: SƏTƏM üzrə 1-2 il iş təcrübəsi (Tikinti sahəsində təcrübə üstünlükdür);
  • Dil bilikləri: İngilis dili və rus dili yaxşı səviyyədə.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar