AzerGold CJSC

Sektor müdiri

Ə/h razılaşma ilə 156
Tam iş günü
Bakı, Azərbaycan
23.07.24 - 22.08.24

İş haqqında məlumat

  • Sektorunun iş fəaliyyətini , sektor əməkdaşları arasında iş bölgüsünü səmərəli təşkil etmək;
  • Sektor əməkdaşları tərəfindən tapşırıqların icra olunmasının keyfiyyətini yoxlamaq və nəzarət etmək;
  • Sektor daxilində iş keyfiyyətinin qiymətləndirilməsinin mexanizmləri barədə şöbə müdirinə təkliflər təqdim etmək;
  • Cəmiyyətin fəaliyyət istiqamətlərini əhatə edən funksiya və proseslər üzrə icraya nəzarət tədbirlərini və araşdırmaları səmərəli aparmaq, bu istiqamətdə Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq və şöbə müdir müavininə təqdim etmək, tövsiyələrin icrasına nəzarət (monitorinq) tədbirlərini aparmaq;
  • Güclü daxili nəzarət mühitinin qorunub saxlanılmasının təmin edilməsi ilə bağlı şöbə müdirinə təkliflər vermək, daxili nəzarət sisteminin təkmilləşdirilməsi prosesində şöbə rəhbərliyinin tapşırıqlarını icra etmək;
  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq daxili nəzarət tədbirləri həyata keçirmək üçün və Korrupsiyaya qarşı mübarizə ilə bağlı səmərəli fəaliyyətin həyata keçirilməsi məqsədi ilə effektiv mexanizmlərin əks olunduğu daxili normativ sənədləri təkmilləşdirmək;
  • ISO 37001:2016 "Rüşvətxorluq Əleyhinə İdarəetmə Sistemi"ni əsas götürməklə Korrupsiya ilə mübarizə mexanizmlərinin təkmilləşdirilməsini təmin etmək;
  • Korrupsiya risklərinin müəyyən olunması və riskin azaldılması üzrə zəruri tədbirlərin görülməsini təmin etmək;
  • Aidiyyəti hesabatları hazırlamaq və şöbə müdir müavinə təqdim etmək;
  • Əmək haqqı müsahibə əsnasında təyin olunur;
  • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır;
  • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir;
  • Nəqliyyat xidməti;
  • Rəqabətli mükafatlandırma sistemi;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00.

Tələblər

  • Təhsil: Ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq, İdarəetmə və ya Mühəndislik yönümlü ixtisaslar üzrə);
  • Təcrübə: Müvafiq sahə üzrə minimum 5 il, Etika və komplayns, Daxili nəzarət sahəsi üzrə 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dilini səlis, ingilis və rus dilləri yaxşı səviyyədə olması arzuolunandır;
  • Kompüter bacarıqları: Microsoft Office və digər audit və statistik proqramları üzrə biliklər;
  • Müxtəlif peşə (CIA, ACCA, CFA və s.) kvalifikasiyalarına malik olmaq arzuolunandır.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar